Çin yeni aviadaşıyıcı gəmisini təqdim edib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Çin mediasının yaydığı görüntülərdə gəminin qırmızı rəngli bəzəklərlə bəzəndiyi görünür

Çin, regionda gərginliyin artan bir dövründə yeni aviadaşıyıcı gəmisini suya buraxıb.

Hələlik rəsmən adlandırılmayan gəmi, ölkədə istehsal olunal ilk və Liaoning-dən sonra Çin donanmasında fəaliyyət göstərək ikinci aviadaşıyıcı gəmidir.

Dövlət mediası gəminin ölkənin şimalında yerləşən Dalian limanında "quru limandan suya buraxıldığını" deyib. Əvvəl verilən məlumatlarda gəminin 2020-ci ilədək istifadəyə veriləcəyi deyilib.

Gəminin suya buraxılışı ABŞ və Şimali Koreya arasında gərginliyin artan dövrünə təsadüf edib.

Fotonun müəllifi Reuters

Son günlər ABŞ Koreya yardımadasına aviadaşıyıcı zərbə qrupu və sualtı gəmi göndərərək Şimali Koreyadan qəzəbli reaksiyaya məruz qalıb.

Çin iki tərəfi sülhə çağırıb.

Hazırda Çinin donanmasına yalnız bir aviadaşıyıcı gəmi xidmət edir.

Həmin Liaoning aviadaşıyıcı gəmisi vaxtilə Ukraynadan yarımçıq vəziyyətdə alınıb və sonradan tikilərək xidmətə verilib.

Yeni aviadaşıyıcının Çinin J-15 hərbi təyyarələrini daşıması nəzərdə tutulub. Bir çox hərbi ekspert yeni avidaşıyıcının texnoloji baxımdan ABŞ-ın 10 aviadaşıyıcısından zəif olduğunu deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş