Fransa: ifrat sağçı mer "həddən çox müsəlman uşaqları" kəlməsinə görə cərimələnib

Mer Robert Menard Beziers şəhərində bələdiyyə binası qarşısında çıxış edir, 19 yanvar 2016-cı il. Fotonun müəllifi AFP / PASCAL GUYOT
Image caption Robert Menard öz şərhlərini müdafiə edərək deyir ki, o yalnız vəziyyəti təsvir edib.

Fransada ifrat sağçı mer nifrət hissləri oyadan kəlməsinə görə 2000 avro məbləğində cərimələnib.

Buna səbəb onun, yerli məktəblərdə müsəlman uşaqlarının həddən çox olduğunu qeyd etməsi olub.

Robert Menard ölkənin cənubunda yerləşən Beziers şəhərinin meridir və immiqrantlar əleyhinə olan Milli Cəbhə partiyasının (NFP) müttəfiqidir.

Keçən il Fransada məktəb dərslərinin başladığı sentyabrın 1-də o, "böyük dəyişikliyin" şahidi olduğunu Twitter vasitəsilə bildirib.

O, bununla Fransada yerli xristianların sayının azalmasını, miqrantların sayının isə artdığını təsvir edib.

Sentyabrın 5-də Menard LCI televiziyasına bildirib: "Şəhərin mərkəzindəki məktəb sinifində uşaqların 91 faizi müsəlmandır. Bunun bir problem olduğu aydındır. Tolerantlığın həddi var."

Fransa qanunvericiliyində insanın etnik mənsubiyyəti və ya dini etiqadı barədə məlumatlara qadağa qoyulur.

Menard öz şərhlərini müdafiə edərək deyib: "Mən yalnız vəziyyəti təsvir etmişəm. Bu rəy deyil, bu faktdır. Bunlar mənim gördüklərimdir".

Cərimədən əlavə, Paris məhkəməsi iddia qaldırmış və irqçilik əleyhinə çıxış edən qrupların məhkəmə xərclərinin ödənilməsi üçün 1000 avro pul ayrılması barədə qərar verib.

Fotonun müəllifi EPA
Image caption İfrat sağçıların lideri Marine Le Pen mərkəzçi namizəd Emmanuel Macron ilə mayın 7-də prezident seçkilərinin ikinci turunda yarışacaq.

Menard məhkəmənin qərarından şikayət edəcəyini bildirib.

İmmiqrasiyanın kəskin tənqidçisi olan Robert Menard müstəqil siyasətçi kimi fəaliyyət göstərir və ifrat sağçı Milli Cəbhə tərəfindən dəstəklənir.

İfrat sağçıların lideri Marine Le Pen mərkəzçi namizəd Emmanuel Macron ilə mayın 7-də keçiriləcək prezident seçkilərinin ikinci turunda rəqabət aparacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş