Monteneqro parlamentində NATO-da üzvlük təsdiqlənərkən Russiya bu ölkədən şərab idxalını dayandırır

Yeniyetmə oğlan, 1999-cu ildə NATO bombardmanında həlak olan Monteneqro sakinlərinin xatirəsinə həsr edilmiş memorial kompleksə baş çəkərkən. Fotonun müəllifi Reuters
Image caption Monteneqro, 1999-cu ildə keçmiş Yuqoslaviyada müharibə baş verən dövrdə NATO təyyarələri tərəfindən bombalanıb

Monteneqro parlamentində cümə günü ölkənin NATO-ya qoşulacağı barədə qərar parlamentdə təsdiq olunmalıdır.

Bu qərar ölkənin özündə birmənalı qarşılanmadığı bir zamanda Moskvanı da qəzəbləndirirb.

Rusiya Monteneqrodan göndərilən şərab məhsullarında sanitar tələblərin gözlənilmədiyini əsas gətirərək, bu ölkədən Rusiyaya şərabın idxalına qadağa qoyub.

Monteneqro-nun Baş naziri Dusko Markovic Moskvada qəbul edilmiş bu qərarın siyasi səciyyə daşıdığını qeyd edib.

Ölkənin şərab ixracının beşdə biri Rusiyanın payına düşür və bu səbəbdən qadağanın ixracat göstəricilərinə ciddi təsiri ola bilər.

"Bu qərarın NATO üzvlüyü kontekstində qəbul olunduğu aydındır", Dusko Markovic deyib.

Monteneqro-nun NATO üzvü statusuna layiq görülmək istiqamətində cəhdləri 2009-cu ildən real nəticə verməyə başlayıb. Həmin ildə NATO tərəfindən Monteneqro-ya üzvlük fəaliyyət planı təqdim edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş