Newcastle United və West Ham klublarında həbslər

Newcastle and West Ham badges Fotonun müəllifi Getty Images

Britaniyada fırıldaqçılıq araşdırması ilə əlaqədar Newcastle United və West Ham United futbol klublarına polis reydləri həyata keçirilib.

Əməliyyat nəticəsində "peşəkar futbol"la əlaqədar bir neçə şəxs həbs edilib.

Onların arasında Newcastle United klubunun baş məşqçisi Lee Charnley-nin olduğu da xəbər verilir.

Lee Charnley Newcastle komandası ilə 3 ildir ki, işləyir.

Britaniyanın baş vergi orqanı Fransa və Birləşmiş Krallıq ərazisində keçirdiyi əməliyyatda 180 zabitin iştirak etdiyini bildirir.

Fotonun müəllifi Getty Images
Image caption Lee Charnley (sağda) Newcastle komandası ilə 3 ildir ki, işləyir.

BBC güman edir ki, fırıldaqçılıqla bağlı işin həcmi 6.5 milyon dollar ətrafındadır.

Rəsmi məlumata əsasən İngiltərənin şimalında və cənub-şərqdə keçirilən axtarışlar vaxtı, biznes yazışmalar, maliyyə hesabatları, kompüter və mobil telefonlar müsadirə edilib.

Araşdırma çərçivəsində vergi rəsmiləri həmçinin Chelsea futbol klubuna da baş çəkiblər, klubun sözçüsü bildirir. Lakin həbslər həyata keçirilməyib.

Fotonun müəllifi Getty Images
Image caption Newcastle United reyd edilən klublardan biridir.

Klubun nümayəndəsi deyir ki, Chelsea vergi rəsmilərinin istədiyi maliyyə məlumatlarını tədqim edəcək.

Yanvar ayında Britaniya Parlamentinin komitəsi 43 futbolçu, 12 klub və 8 idman agentinin fəaliyyətilə bağlı rəsmi araşdırmanın aparıldığını qeyd etmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş