İlk ibtidai insan ehtimal olunandan daha gəncdir

Skelet Fotonun müəllifi John Hawks
Image caption Homo naledi insanın qədim formasına çox bənzəyir

Alimlərin ehtimallarına görə ilk ibtidai insan Yer üzündə 3 milyon il bundan əvvəl yaşayıb. Lakin yeni məlumatlar onun daha gənc dövrdə yaşadığını göstərir.

Cənubi Afrika Respublikasındakı Witwatersrand universitetindən olan alimlər Homo naledi növündə 15 skelet üzərində tədqiqat aparıblar.

Skeletlər Cənubi Afrikadakı yeraltı mağarada Lee Berger-in başçılıq etdiyi komanda tərəfindən aşkar edilib.

Homo naledi - insanbənzər qəbilənin insan növünün qalıqlarıdır. Onların qalıqları ilk dəfə 2013-cü ildə aşkar edilib.

Seseto (Cənubi Afrikada dil) dilindən tərcümədə naledi "ulduz" deməkdir. İlk insan nümayəndələrinə aid edilən Homo naledi-lərin anatomiyası müasir insanların quruluşunu xatırladır.

Lakin buna baxmayaraq Homo naledi-nin bəzi əlamətləri iki milyon il və ya bundan daha əvvəl yaşayan insanlara uyğun gəlir.

Əvvəllər Homo-naledi insanlarının planetin bu hissəsində 3 milyon il əvvəl yaşadıqları ehtimal olunurdu.

Lakin yeni qalıqların tədqiqatı alimlərə onların yaşının 200-300 il olmasını düşünməyə əsas verir.

"Onlar ilk ibtidai Homo insanları kimi görünürlər və Homo erectus və Homo habilis-ə bənzəyirlər",- deyə Wisconsin universitetinin professoru John Hawks bildirib.

Sümüklərin yaşı barədə yeni məlumatlar Homo naledi-ni Homo sapiens-lə bir sıraya qoyacaq.

Fotonun müəllifi John Hawks
Image caption Naledi-nin biləkləri bizimkindən fərqlənmir, lakin onların barmaqları daha uzun və əyridir

"Onlar yaşına görə Avropanın neandertal, Asiyanın denisov genlərinə yaxındırlar. Onlar bizim gəldiyimiz bəşəriyyət müxtəlifliyinin bir hissəsidirlər ", - deyə Hawks BBC-nin efirindən bildirib.

Tədqiqatçılar Homo naledi-nin bəşəriyyət tarixindəki yeri barədə daha ətraflı məlumat almaq üçün qalıqlardan DNT molekullarını çıxarmağa cəhd göstəriblər.

Lakin hələ ki onların bu cəhdi uğursuzluqla nəticələnib.

Əlaqəli mövzular

Bu barədə daha geniş