Suriya sərhədində Türk ordusu və YPG arasında qarşıdurma baş verib

Suriye - Türkiye sınırı Fotonun müəllifi AFP

Türk Silahlı Qüvvələrinin (TSK) nəzdində olan sərhəd dəstələri ilə Suriyadakı Kürdlərin Xalq Müdafiəsi Bölmələri (YPG) arasında qarşıdurma baş verib.

Qarşıdurmanın Mardinin Suriya sərhəddindəki Kızıltepe vilayətinin Darbasiyah (Salkım) kəndində baş verdiyi bildirilir.

Suriyadakı müxalif qruplara yaxın olan və Londonda mənzillənən İnsan Haqları üzrə Süriya Müşahidəsi təşkilatının məlumatına görə, çərşənbə axşamı türk ordusuna məxsus zirehli bir avtomobil sərhədi keçərək YPG-nin nəzarətində olan Rojava bölgəsinə girməyə cəhd göstərərkən hədəfə alınıb.


Daha ətraflı oxuyun:


Açılan atəşdən sonra Türkiyənin cavab atəşilə qarşılıq verdiyi, YPG-nin isə sərhəd məntəqələrin istiqamətində raket hücumları təşkil etdiyi bildirib.

Münaqişə zamanı həlak olanalrın olub olmadığı məlum deyil.

TSK baş verən qarşıdurma ilə bağlı açıqlama verməyib.

YPG nümayəndəsi Redur Xelil "Türkiyə Darbasiyah yaxınlığındakı yaşayış məntəqələrini topdan atəşə tutdu" bildirib. Məlumatı Fransanın AFP agentliyi yayıb.

Suriya sərhəddindəki qarşıdurma Türkiyənin Suriyada YPG, İraqda isə PKK-nı hədəf alan hava əməliyyatlarından bir gün sonra baş verib.

Hava əməliyyatları ilə bağlı həm ABŞ, həm də Rusiya öz narahatlığını dilə gətirmişdi.

ABŞ tərəfindən verilən açıqlamada koalisiya qüvvələrinin Suriyanın şimal-qərbindəki Karçok Dağı bölgəsində həyata keçirilən hava aməliyyatlarını dəstəkləmədiyi ifadə edilmişdi. Rusiya Xarici İşlər Nazirliyi isə "Bu addımlar Mokvada narahatlıq yaradır" demişdi.

Fotonun müəllifi Reuters
Image caption Türkiyə sərhəddindəki Qamışlı şəhərində keçirilən nümayişlıərdə "Rojava Türkiyənin hücumlarına qarşı uçuş qadağan edilən bölgə olmaq istəyir" yazılan ingiliscə plakatlar açılıb.

"Rojavada uçuşa qadağa" şüarları

Türkiyənin Karaçok Dağı ətrafında həyata keçirilən hava əməliyyatlarından sonra Qamışlı şəhərində toplaşan nümayişçilər Rojavanı uçuşları qadağan edən bölgə elan etməyə çağırıblar.

"Ancaq uçuş qadağan edilən bölgə elan edilərsə o zaman YPG xalqı təhlükələrdən qoruya bilər. Türkiyənin də qərara uyğunlaşması lazımdır",-deyə YPG Twitter hesabında paylaşdığı ismarıcda bildirib.

Kamışlı şəhərində də keçirilən nümayişdə etirazçılar "Rojava uçuşların qadağan edilməsini istəyir" şüarları səslənib.

"Son terroçu məhv edilməyənə qədər əməliyyatlar davam edəcək", çərşənbə axşamı Reuters agentliyinə müsahibə verən Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib.

Bundan əvvəkli açıqlamalarında Erdoğan Fərat Qalxanı Hərəkatının yeni əməliyyatlara davam edəcəyini fadə etmişdi.

Fotonun müəllifi Reuters
Image caption Türkiyənin hava əməliyyatları zamanı ziyan vurulan YPG binaları ABŞ hərbçiləri tərəfindən araşdırılmışdı.

ABŞ YPG-ni özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizədə mühüm müttəfiqi olaraq görür və YPG-yi Raqqa əməliyyatının quruda aparılması istiqamətində vacib bir ünsür kimi qəbul edir.

Türkiyə isə YPG-yi PKK-nın Suriyadakı davamçısı kimi qəbul edir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan əvvəlki açıqlamalarında ABŞ-ın YPG ilə iş birliyinə narazılığını bildirərək "bir terror qruplaşmasına qarşı digər terror qruplaşmasından istifadə etmək düzgün deyil" demişdi.

Bu barədə daha geniş