69 illik evlilikdən sonra əl-ələ ölən cütlük

Vatkinlər Fotonun müəllifi FAMILY HANDOUT
Image caption Cütlük ilk dəfə doğma Argentinada görüşüb.

Amerikanın Illinois ştatında 69 ildir ki, evli olan cütlük biri-birindən təqribən bir saat fərqlə vəfat edib, ailə üzvləri bildirir.

Alzheymer xəstəliyindən əziyyət çəkən 89 yaşlı Tereza ölüm ayağında 91 yaşlı əri - İsaac Vatkinin əlini tutub.

Cənab Vatkin xanımının ölümündən 40 dəqiqə keçmiş vəfat edib, Daily Herald xəbər verir.

Cütlüyün son anlarda bərabər olması onlara təssəlli verib, Vatkin-lərin qohumları bildirir.

"Onların ölməsini görmək istəməzdim", cütlüyün nəvəsi William Vatkin deyib.

"Lakin bundan gözəl nə [necə bir ölüm] olar ki?".

"Onların məhəbbəti o qədər güclü olub ki, sadəcə olaraq bir-birlərindən ayrı yaşaya bilməzdilər", - dəfn mərasimində Vatkin-lərin qızı Clara Gesklin qeyd edib.

Fotonun müəllifi FAMILY PHOTO
Image caption Vatkinlərin toy mərasimində çəkilən fotoşəkil

"Onlar həmişə bir-birlərini seviblər. Sözün əsl mənasında ömürlərinin son anınadək", - Chicago şəhəri yaxınlığındakı Arlington Heights qəsəbəsinin Shalom Memorial məzarlığında yas mərasiminə toplaşanlara müraciətində ravvin Barry Schechter deyib

Şənbə günü Highland Park Hospital xəstəxanasının əməkdaşları palatada hüşsuz halda olan Vatkin cütlüyünün yataqlarını bir-birlərinə yaxınlaşdırıb.

İllinois ştatının Skokie şəhərciyində yaşayan cütlük 3 uşaq böyüdüb. Onlar həmçinin nəvələrilə də daim əlaqədə olub, ailə üzvləri bildirir.

İsaac Vatkin yəhudi qaydalarına uyğun kəsilmiş koşer ətinin satışı ilə məşğul olub.

Tereza isə ev xanımı olub və manikürçü işləyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş