25 milyon dollara satışa çıxarılan kənd alıcısını tapdı

West Heslerton Fotonun müəllifi Cundalls

Ötən il İngiltərədə 20 milyon funt sterlinqə (25 milyon dollar) satışa çıxarılan kəndın alıcısı tapılıb.

İngiltərənin şimal-qərbində yerləşən West Heslerton kəndində 21 otaqlı bi malikanə, bir bar, bir yanacaqdoldurma stansiyası və 43 ev var.

2100 hektar sahəyə malik olan kənd 150 ildir ki tək bir ailəyə məxsus olub.

Ailənin ən yaşlı üzvü vəfat etdikdən sonra kənd də satışa çıxarılmışdı.

Fotonun müəllifi Cundalls

Satışı həyata keçirən Cundalis əmlak şirkəti kəndin Norfolk bölgəsindəki Albanwise investisiya şirkətinə satıldığını söyləyib.

Şirkətdən verilən açıqlamada satışın cümə günü başa çatacağı bildirilir.

Şirkət nümayəndələri kənd sakinlərilə görüşüblər.

Əlaqəli mövzular