Etirazçılar Makedoniya parlamentinə hücum edib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Parlamentə hücum nəticəsində bir çox adam xəsarət alıb.

Cümə axşamı günü bir etnik albanın parlament spikeri seçilməsinə etiraz edən makedoniyalılar parlamentə hücum ediblər.

Parlament binasının içinə daxil olan etirazçılar millət vəkillərinə hücum ediblər. Sosial demokrat lideri Zoran Zaev, başına vurulan zərbə nəticəsində zərbə alıb.

Keçmiş Baş nazir Nikola Qruevskinin VMRO partiyasının tərəfdarları olan etirazçılar yeni seçkilərin keçirilməsini tələb edirlər.

Dekabr ayında aydın nəticə verməyən seçkilərdən sonra ölkədə siyasi gərginlik artıb.

Erkən seçkilərin səbəbi, keçmiş Baş nazir Nikola Qruevskiyə qarşı gizli telefon dinləmələri iddiaları olub.

Fotonun müəllifi EPA
Image caption Sosial demokrat lideri Zoran Zaev xəsarət alan siyasətçilərdən biri olub

Zoran Zaev etnik alban partiyalarla koalisiya yaradıb. Lakin prezident onun hökumət qurmağa cəhdlərinin qarşısını alıb.

Prezident Gyorge İvanov Zoran Zaevin sosial demokrat partiyasının rəqibi və hakimiyyətdə olan VMRO partiyasının prezidentliyə namizədi olub.

Makedoniyalı millətçilər Zoran Zaevin koalisiya qurmağa cəhdlərinin başlanmasından bəri etiraz aksiyaları keçirirlər.

Fotonun müəllifi AFP / Getty Images
Image caption Etirazçılar özləri ilə Makedoniya bayraqlarını daşıyıblar

Etnik albanlar Makedoniya əhalisinin 25 faizini təşkil edir.

Parlamentə hücum edən etirazçılar koalisiyanın Talat Xhaferini spiker seçməsinə qəzəbləniblər.

NATO Baş katibi Jen Stoltenberg, ABŞ-ın Makedoniya səfirliyi və Avropa İttifaqının təmsilçisi etirazçıların parlamentə hücumunu tənqid ediblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş