Berkeley universitetində “Taxtların oyunu”ndan dillər kursu keçirəcək

"Игра престолов" Fotonun müəllifi HBO
Image caption Serial üçün dilləri Berkley universitetinin məzunu linqvist David Peterson hazırlayıb

ABŞ-ın California ştatında yerləşən Berkeley universiteti "Taxtların oyunu" teleserialında istifadə olunan dothraki və valyrian süni dilləri üzrə 6 həftəlik yay kursları keçirliməsini təklif edib.

George Martin-in fantastik "Buz və alov mahnısı" romanlar seriyası motivləri əsasında çəkilən serialda hadisələr hardasa orta əsrlər tarixi ilə kəsişən xəyali dünyada baş verir.

Kitabda hər iki dil barədə xatırlatma olsa da, yazar onların leksikasına və fonetikasına dair misallar göstərməyib.

Serial üçün dilləri Berkley universitetinin məzunu linqvist David Peterson hazırlayıb.

Universitetdə oxunacaq mühazirənin tam adı belədir : " "Taxtların oyunu" linqvistikası və dillərin ixtirası sənəti".

Fotonun müəllifi HBO/Sky
Image caption 2015-ci ildə serial bir mövsümə görə 12 "Emmy" mükafatına layiq görülüb.

Universitetin Berkley News qəzetinin yazdığına görə, kurs zamanı tələbələr diqqəti Westeros fantaziya dünyasına deyil, filologiya və dillərin yaranması xırdalıqlarına yönəldəcəklər.

Peterson-un bu proqramı dothraki dili üzrə tələbələrə mühazirənin oxunduğu ilk kurs olacaq.

2014-cü ildə Living Language nəşriyyatının HBO kanalı ilə birgə buraxdığı dərsliklər vasitəsilə də bu dili öyrətmək mümkün idi.

Məlumdur ki, dothraki dilində isimin 5 halı, ciddi söz sırası, canlı və cansız əşyaların qrammatik cəhətdən ayrılması mövcuddur.

"Taxtların oyunu" serialının sonuncu mövsümü 2018-ci ildə nümayiş olunacaq.

Serialın yeddinci mövsümünün nümayişi isə bu ilin 16 iyuluna nəzərdə tutulub.

2015-ci ildə serial bir mövsümə görə 12 "Emmy" mükafatına layiq görülüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş