Trump: "Prezidentlikdən öncəki həyatım üçün darıxıram"

US President Donald Trump at the White House in Washington DC, 20 April 2017 Fotonun müəllifi Getty Images
Image caption Donald Trump: "Bu, keçmiş həyatımda gördüyümdən çox işdir"

ABŞ prezidenti Donald Trump prezident olmadan öncəki həyatı barədə danışarkən Ağ Evdə yeni işinin gözlədiyindən daha çətin olmasına təəccübləndiyini deyib.

Ağ Evdə Reuters agentliyinə müsahibə verən cənab Trump keçmiş həyatını "o qədər şey baş verdiyi" üçün "sevdiyini" deyib.

"Bu, keçmiş həyatımda gördüyümdən çox işdir", o, deyib. "Mən düşündüm ki, bundan asan olacaq",

Cənab Trump-ın prezident olması barədə sözləri sosial şəbəkələrdə lağa qoyulub.

Artıq cənab Trump 100 gündən çoxdur ki, prezident vəzifəsini yerinə yetirir.

"Mən əvvəlki həyatım üçün darıxıram", o deyib.

"Mən Trump-ın nələr hiss etdiyini başa düşürəm", bir nəfər tvitləyib: "Mən də onun prezident seçilməsindən əvvəlki həyatımı sevirdim."


Fotonun müəllifi Twitter/@brianklaas
Image caption Brian Klaas: "Trump dünyada ən çətin vəzifənin televiziya realiti verilişi aparıcısı olmaqdan daha asan olduğunu düşünüb. Ay ilahi.".
Fotonun müəllifi Twitter/@ThornfieldHall
Image caption Bertha Mason: "Allah xətrinə, o əvvəl nə qədər qolf oynayıb?"
Fotonun müəllifi Twitter/@dcfoster_
Image caption Daniel: "Sən bəşəriyyat tərəfindən icad edilən ən mürəkkəb bürokratiyanı idarə etməyin çətindən başqa bir şey olmasını düşünmək üçün son dərəcədə sadəlövh olmalısan."
Fotonun müəllifi Twitter/@hitmeister1
Fotonun müəllifi Twitter/@HeidiLiFeldman
Image caption Heidi Li Feldman: "Mənim anladığıma görə Trump hələ də əvvəlki həyatını yaşayır: Televizoya baxır, qolf, əmlaklarına ziyarət edir, qohumlarına işlər verir".

Fotonun müəllifi Reuters
Image caption Reuters cənab Trump-la cümə axşamı müsahibə edib

Digərləri keçmiş realiti televiziya şou-verilişinin aparıcısı olan prezidentin nümayiş etdiyi dürüstlüyünü alqışlayıb.


Fotonun müəllifi Twitter/@PhillipBurdine
Image caption Phillip Burdin: Mən onun dürüstlüyünü alqışlayıram. O, siyasətçi olmadan Prezident olan ilk şəxsdir və təcrübə qazanmağa çox az vaxtı vardı."
Fotonun müəllifi Twitter/@vijayindrtanaya
Image caption vijayeendratanaya: # Dürüst bir etiraf !!

Lakin bəziləri reaksiyalarında prezidentin həyatını daha da çətinləşdirərək bir gün maraqların toqquşmasına görə Congress tərəfindən impiçment ediləcəyi barədə yazıblar.


Fotonun müəllifi Twitter/@davepell
Image caption Dave Pell: "Düzünü desək, bizim hamımız Trump-ı impiçment etməyin bundan asan olacağını düşünmüşdük."

Əlaqəli mövzular

Bu barədə daha geniş