Şimali Koreyanın raket sınağı “uğursuz olub”

Parad Fotonun müəllifi AFP
Image caption Aprel ayında Pxenyanda keçirilən paradda ölkənin hərbi qüdrəti nümayiş etdirilib.

Bölgədə gərginliyin artması fonunda Şimali Koreya növbəti raket sınağını həyata keçirib, ABŞ və Cənubi Koreya hərbiyyəsi bildirir.

Cənubi Koreya rəsmilərinə əsasən Şimali Koreya paytaxtına yaxın olan Pxönan-Namdo əyalətindəki poliqondan buraxılan raket göyə qalxandan bir qədər keçmiş partlayıb.

"Bu gün sübh tezdən Şimali Koreyanın Pxönan-Namdo əyalətindəki Pukçxan rayonunda müəyyən edilməyən obyektin buraxılması baş verib", - Cənubi Koreyanın Yonhap xəbər agentliy bildirir.

"Şimali Koreya bu gün - uğursuz da olsa - raket buraxmaqla Çin və onun möhtərəm prezidenti Xi Jinping-in istəyinə hörmətsizlik göstərib. Çox pis!", - ABŞ prezidenti öz Twitter hesabında yazıb.

Cümə günü Reuters agentliyinə müsahibəsində Donald Trump deyib ki, Çin rəhbərliyinin Şimali Koreyaya müsbət təsiri təqdirə layiqdir.

Şimali Koreyanın 16 apreldə keçirdiyi raket sınaqları da uğursuzluğa düçar olub.

Ötən həftə ABŞ donanması bölgədə manevrlərə başlayıb. Pxenyan təzyiqə böyun əyməyəcəyini bildirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş