Trump 100 illik ənənəni pozub

Trump Fotonun müəllifi AFP
Image caption Trump jurnalistlərin tədbirinə getməyərək onları "tələyə saldığını" deyib

ABŞ Prezidenti Donald Trump vəzifədə olmağının 100 günü münasibətilə keçirilən mitinq zamanı "saxta xəbərləri" kəskin tənqid edərək kütləvi informasiya vasitələrinə hücuma keçib.

O, Pensilvaniyada tərəfdarlarına bildirib ki, "verdiyi vədləri bir-birinin ardınca" yerinə yetirir.

Cənab Trump, 1981-ci ildə Ronald Reagandan sonra ilk dəfə olaraq, illik ənənəni pozaraq Ağ Evin Müxbirlər Naharına getməyib.

Ağ Evin Müxbirləri Assosiasiyası 1914-cü ildə yaradılıb və 1921-ci ildən hər il prezidentlər bu tədbirə qatılb.

Harrisburgda keçirilən mitinqdə prezident deyib ki, onun 100 günlük prezidentliyi dövrünü işıqlandıran mediaya "yağlı iki" verilməlidir.

O əlavə edib ki, jurnalistlər hazırda Vaşinqtonda tələyə düşüb və onların tədbiri "çox, çox darıxdırıcı" keçəcək.

"Qabaqcıl (yalancı) media bizim nailiyyətlərimizi, o cümlədən sərhədlərə və optimizmin artırılmasına dair 28 qanunu işıqlandırmayıb, cənab Trump Twitterdə yazıb.

O özünün 100 günlük fəaliyyətini "çox məhsuldar" adlandırıb və deyib ki, qarşıda "böyük, böyük döyüşlər" var, amma o bütün hallarda qalib gələcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş