"Valehedici mübarizə idi": Joshua Kliçkoya qalib gəlib

Vladimir Kliçko və Anthony Joshua Fotonun müəllifi Getty Images
Image caption Vladimir Kliçko Anthony Joshua-dan titullarını ala bilməyib

Ukraynalı boksçu Vladimir Kliçko bildirib ki, britaniyalı Anthony Joshua ilə döyüş valehedici alınıb. O deyib ki, məğlubiyyətə baxmayaraq döyüşdən zövq alıb.

Hər iki boksçu döyüşün gedişində nokautda olublar. Joshua sonuncu raundda texniki nokautla qələbə qazanıb.

Kliçko Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Təşkilatının (İBO) versiyalarına görə dünya çempionu, Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə isə superçempion titulları uğrunda döyüşdə uduzub.

Fotonun müəllifi Getty Images
Image caption Rəqiblər Londonda Wembley stadionunda görüşüblər

V raundda Joshua Kliçkonu nokauta salıb.

Fotonun müəllifi Getty Images

VI raundda isə ukraynalı britaniyalını yerə vurub.

Fotonun müəllifi PA

Joshua XI raundda texniki nokautla qələbə qazanıb - Kliçko iki dəfə nokautda olub.

Fotonun müəllifi Getty Images

"Bugün yaxşı olan qalib gəldi. Bu, hər iki tərəf üçün valehedici mübarizə idi. Anthony bu gün məndən daha yaxşı idi, amma qələbə qazanmadığım üçün çox məyusam. Anthony-ə hörmət edirəm və oyundan zövq aldım", Kliçko oyundan sonra Sky Sports-a deyib.

Fotonun müəllifi Getty Images
Image caption "Mənim qalibiyyət planım var idi, amma o işləmədi", Kliçko deyib
Fotonun müəllifi Getty Images
Fotonun müəllifi Getty Images

Əlaqəli mövzular