Yaponiya ABŞ təchizatçısını qorumağa hərbi gəmisini göndərəcək

İzumo Fotonun müəllifi AFP/Getty

Yaponiya ən böyük hərbi gəmisi, İzumo vertolyot daşıyıcısı regionda olan ABŞ hərbi dəniz donanmasına yanacaq doldurmaq üçün gedən təchizat gəmisini müşayiət edəcək.

Gəmilər Koreya yarımadasına yollanan Carl Vinson qrupuna daxildir.

Şimali Koreya regionda gərginliyin artırılması fonunda qabaqlayıcı zərbə endirəcəyi ilə hədələyib.

Bazar günü o, ABŞ və digərlərinin dəfələrlə nüvə və raket fəaliyyətini dayandırmaq barədə xəbərdarlıqlarına baxmayaraq, uğursuz raket sınağı həyata keçirib.

249 metr uzunluğundan olan İzumo doqquz vertolyot daşıya bilir və ABŞ-ın sualtı desant gəmilərini xatırladır, The Japan Times bildirib.

Fotonun müəllifi Reuters
Image caption Carl Vinson vertolyot daşıyıcısı şənbə günü Yaponiya sahillərində görünüb

Kyodo xəbər agentliyi bildirib ki, o, Tokionun cənubunda Yokosuka bazasından çıxaraq ABŞ təchizat gəmisini qarşılayacaq və sonra ölkənin qərbinə doğru gedəcəklər.

İzumo, 2015-ci ildə qəbul edilmiş hücum altında olan müttəfiqinə yardım etməyə dair mübahisəli qanuna əsasən hərəkət edən ilk gəmidir.

Tənqidçilər bu qanunun II Dünya Müharibəsindən sonra qəbul olunmuş konstitusiyanı pozduğunu və kənarda lazımsız müharibə yarada biləcəyini deyirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş