Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirir

birgə təlimlər Fotonun müəllifi MOD

Azərbaycan və Türkiyə birgə döyüş atışlı taktiki təlimlərə başlayıb.

Müdafiə Nazirliyi bildirir ki, təlimlər hərbi əməkdaşlıq haqqında sazişə əsasən bu gündən 5 mayadək keçiriləcək.

Təlimlərin keçirilməsində məqsəd, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlərdə Silahli Qüvvələrin şəxsi heyəti, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Əlaqəli mövzular