Trump Kim Jong-un-u "ağıllı" adlandırıb

Ким Чен Ын на параде Fotonun müəllifi Reuters
Image caption Kim Jong-un hərbi paradda iştirak edərkən.

ABŞ Prezidenti Donald Trump Şimali Koreya lideri Kim Jong-un-un "kifayət qədər ağıllı" olduğunu deyib.

CBS telekanalına verdiyi müsahibədə, o, cənab Kim-in "sərt adamlarla" danışmağa məcbur olduğunu və gənc yaşda hakimiyyəti idarə etdiyini vurğulayıb.

Şimali Koreyanın nüvə proqramı ətrafında ABŞ-la yaranan gərginlik mühitində, o, cənab Kim-in ağlı başında olduğunu "heç bilmədiyini" deyib.

Şimali Koreya lideri hakimiyyətə gəldikdən 2 il sonra öz əmisinin edam edilməsinə əmr verib və atabir qardaşının qətlində şübhəli sayılır.


Həmçinin oxuyun:


Cənab Trump, Şimali Koreya lideri barədə nə düşünməsi barədə suala cavabda deyib:

"Adamlar soruşur onun ağlı başındadır? Mən heç bilmirəm..., amma onun atası öləndə o, 26-27 yaşında gənc kişi idi. O, əlbəttə ki, çox sərt adamlarla danışmalı olub, xüsusilə də generallar və digərləri."

"Və o, çox gənc yaşda hakimiyyətə gələ bilib. Mən əminəm ki, ya əmisi, ya da ki, başqaları daxil olmaqla çox adam hakimiyyəti onun əlindən almağa çalışıb. Lakin o, bunu bacarıb. Ona görə də, o, kifayət qədər ağıllıdır."

Fotonun müəllifi Reuters
Image caption Donald Trump Çinlə əlaqələrin yaxşılaşdığını deyib

Cənab Trump-ın müsahibəsi iki həftə ərzində Şimali Koreyanın keçirdiyi ikinci uğursuz raket sınağından sonra verilib.

Şimali Koreyanın raketlərinin niyə uğursuz olması barədə suala cənab Trump "bu barədə danışmaq istəmirəm" deyib.

"Biz hər bir addımımızı bəyan etməməliyik," o, deyib.

"Bu bir şahmat oyunudur. Mən insanların düşündüklərimi bilmələrini istəmirəm."

Şimali Koreyanın ABŞ-a çata biləcək uzun məsafəli raketlərə yerləşdirmək üçün nüvə başlıqlarını kiçiltmək cəhdlərinə davam etdiyi deyilir.

Regionda artan gərginlik səbəbindən Şimali və Cənubi Koreya bir çox hərbi manevr keçiriblər.

ABŞ regiona aviadaşıyıcı zərbə qrupu göndərib və Cənubi Koreyada anti-raket müdafiə sistemi yerləşdirməyə başlayıb.

Şimali Koreya "hərbi provokasiyalara" görə ABŞ-ı "faciəvi nəticələrlə" hədələyib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bu həftə Kim Jong-un hərbi manverləri müşahidə edib.

Cənab Trump, Şimali Koreyanın müttəfiqi Çinin prezidenti Xi Jingping-ə cənab Kim-lə nüvə və hərbi fəaliyyətini azaltmaq üçün "təzyiq" etdiyini deyib.

"Lakin hələ ki, heç nə baş verməyib, ya da ki, baş verib," cənab Trump deyib.

O, seçki kampaniyası dövründə tənqid etdiyi Çin ilə inkişaf edən əlaqəsini bir daha tərifləyib.

"Mənim Çinlə qurduğum əlaqənin çox xüsusi və indiyədək bizdə olan əlaqədən çox fərqli olduğu deyilir", cənab Trump bildirib.

"Şimali Koreya bəlkə də ticarətdən də mühümdür. Ticarət çox mühümdür. Amma milyonlarla insanın ölümünə səbəb ola biləcək nəhəng müharibə? Bu ticarətdən də mühümdür", cənab Trump vurğulayıb.

Bu barədə daha geniş