Fransa: Macron Aİ-nin islahatlar keçirməyə məcbur olduğunu deyib

Emanuel Macron, head of the political movement En Marche !, or Onwards !, and candidate for the 2017 presidential election, walks in the rain during a visit to the the Memorial des Martyrs de la Deportation (Deportation Memorial) Fotonun müəllifi Reuters
Image caption Emanuel Macron-un Fransa prezident seçkilərində öndə olduğu düşünülür

Fransa prezident seçkilərində öndə olduğu düşünülən namizəd BBC-ə Avropa İttifaqının (Aİ) islahatlar keçirmədiyi halda "Frexit"-lə üzləşəcəyini deyib.

Aİ tərəfdarı olan mərkəzçi Emmanuel Macron bu sözləri ifrat sağçı rəqibi Marine Le Pen-lə mübarizə aparacağı seçki kampaniyasının son həftəsində deyib.

Fransız seçicilər növbəti bazar günü iki namizəddən birini prezident seçəcəklər.

Xanım Le Pen anti-Aİ kampaniyası apararaq seçicilərə Fransanın Aİ üzvlüyünə dair referendum keçirəcəyini vəd edib.

O, immiqrasiyanı kəsəcəyini və Fransanın sərhədləri üzrə idarəçiliyi Aİ-dən alacağını söz verərək kənd rayonlarında və keçmiş sənayə ərazilərində dəstək qazanıb.

Fotonun müəllifi EPA
Image caption Marine Le Pen Aİ-dən narazı olan insanların dəstəyini qazanıb

"Mən Avropa tərəfdarıyam. Seçki zamanı mən Avropa ideayasını və Avropa siyasətini dəfələrlə müdafiə etmişən, çünki mən Avropanın fransızlar üçün və ölkəmizin qloballaşmasında mühüm rol oynadığını düşünürəm", En Marche! hərəkatının lideri cənab Macron BBC-ə deyib.

"Lakin eyni zamanda biz reallığı qəbul etməliyik, xalqımızı dinləməliyik və onların bu gün çox qəzəbli və hövsələsiz olduğunu anlamalıyıq.

"Ona görə də mən Avropa İttifaqında və Avropa layihəmizdə dərindən islahatlar keçirmək olduğunu düşünürəm", o, bildirib.

Cənab Macron Aİ-nin olduğu kimi fəaliyyət göstərməsinə imkan verməyin "satqınlıq" olacağını deyib..

"Və mən bunu istəmirəm, çünki növbəti gün bizdə Frexit olacaq ya da ki, bir daha [xanım Le Pen-in] Milli Cəbhə olacaq", o vurğulayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş