Hindistan: toyda gəlinlərə dəyənək paylayıblar

Kütləvi toylar Hindistanda tez-tez baş tutur. Adətən bu xidmətdən, kasıb ailələr istifadə edirlər Fotonun müəllifi Getty Images
Image caption Kütləvi toylar Hindistanda tez-tez baş tutur. Adətən bu xidmətdən, kasıb ailələr istifadə edirlər

Hindistanın Madxya-Pradeş ştatında baş tutan kütləvi toy zamanı iştirak edən bir neçə yüz gəlinə, taxta dəyənəklər verilib.

Ştatın naziri Gopal Bhargava, adətən paltarların yuyulmasında istifadə olunan yarımmetrlik dəyənəkləri gəlinlərə təqdim edərək bildirib ki, əgər ərləri içkili halda onları təhqir edərsə, dəyənəyi işə salsınlar.

Nazir qeyd edib ki, bu yolla o, məişət zorakılığı ilə mübarizəyə kömək etmək istəyir. Lakin, o, dəyənəyi istifadə etməmişdən öncə qızların ərləri ilə danışmasının vacibliyini vurğulamağı da unutmayıb. Əgər danışıq səmərəli alınmazsa, o zaman "qoyun kötək dilə gəlsin".

Nazir bildirib ki, bu məqsədlə o, 10 min taxta dəyənək sifariş edib.

Bu kütləvi toy zamanı dəyənəklər, təxminən 700 gəlinə paylanılıb. Dəyənəklərin üzərində isə belə yazılara rast gəlmək olar: "Sərxoşları vurmaq üçün", "Polis qarışmayacaq".

Kütləvi toylar Hindistanda tez-tez baş tutur. Adətən bu xidmətdən, toy məclisini təşkil etməyə maddi imkanı çatmayan kasıb ailələr istifadə edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş