Tanınmış alpinist Ueli Steck Everestdə həyatını itirib

İşinə qarşı amansız metodik yanaşması və fövqəlbəşər dözümünə görə Steck-i, "İsveçrə maşını" adlandırırdılar Fotonun müəllifi AFP
Image caption İşinə qarşı amansız metodik yanaşması və fövqəlbəşər dözümünə görə Steck-i, "İsveçrə maşını" adlandırırdılar

İnanılmaz sürətinə görə "İsveçrə maşını" ləqəbi qazanmış alpinist Ueli Steck Everestdə havanın dəyişməsindən həyatını itirib.

Bu dəfə o, dağın başına fərqli marşrutla və oksigen balonu olmadan çıxmağı planlaşdırıb.

Nepal Alpinizm Federasiyası bildirib ki, Steck sürüşüb.

Onun cəsədi Comolunqmada tapılıb və vertolyotla Nepalın paytaxtı Katmanduya gətirilib.

Çərşənbə günü alpinist Facebook hesabında yazıbmış ki, o, bir gün ərzində 7 min metr yuxarı qalxıb və geri qayıdıb və düşünürmüş ki, "aktiv iqlim dəyişməsi" hündürlüyə alışmaq üçün ən yaxşı üsuldur.

2012-ci ildə Steck, Everstə oksigen balonsuz qalxıb və 2015-ci ildə o, Alp dağlarının 4 min metrdən hündür bütün 82 zirvəsini, 62 gün ərzində fəth edib.

Ueli Steck, klassik marşrutlarla təkbaşına sürətli dırmanma üzrə bir neçə rekorda imza atıb.

Fotonun müəllifi AFP
Image caption 2012-ci ildə Steck Comolunqmaya oksigen balonsuz çıxıb

O həmçinin, alpinizmin yayılması üçün çəkilən macəra filmlərində də iştirak edib.

İşinə qarşı amansız metodik yanaşması və fövqəladə dözümünə görə Steck-i, "İsveçrə maşını" adlandırıblar.

2015-ci ildə o, dünyanın ən məşhur zirvələrindən biri Eiger-n şimal divarını, cəmi 2 saat 47 dəqiqəyə fəth edib.

Bundan əvvəl eyni yolu bir neçə günə tamamlayan alpinistlər üçün bu, ağlasığmaz bir nəticə idi.

Bu barədə daha geniş