Pakistanda camış gözəllik müsabiqəsi keçirilib

Azikheli buffalo Fotonun müəllifi Wikimedia/Jugni
Image caption Azixeli camışlarının Svat rayonunun soyuq qışlarına dözümlü olduğu deyilir

Pakistanın ən gözəl Azixeli camışını tapmaq üçün keçirilən müsabiqədə təxminən 200 camış iştirak edib.

Pakistanın şimali Svat rayonunun paytaxtı Minqorada yığılan heyvandarlar və fermerlər Azixeli camış növünü tanıtmaq üçün keçirilən üç günlük tədbirdə iştirak ediblər, Dawn qəzeti yazıb.

Tədbir ABŞ-ın xarici yardım təşkilatı USAID tərəfindən təşkil edilib. Təşkilat birinci yeri alan camış sahibinə 75 min rupi mükafat (təxminən 715 ABŞ dolları) verib.

Mükafatı qazanan Laid Badar, camışının qalib gəlməsinə sevinib.

"Mənim gəlir mənbəyim olan eyni növ 10 camışım var. Bu gün camışımın birinci yeri qazanması ilə qürur duyuram."

Heyvandarlıq nazirliyinin rəsmisi Muhibullah Xan Associated Press of Pakistan xəbər agentliyinə Azixeli növünün yox olmaqla üzləşdiyini deyib və tədbirin arxasında dayanan hədəfin "insanları bu gözəl heyvanın əhəmiyyəti barədə maarifləndirmək" olduğunu bildirib.

Bu ilk dəfədir ki, Pakistanda heyvan gözəllik müsabiqəsi keçirilir.

Azixeli camışları yalnız Svat rayonunda saxlanılır və deyilənlərə görə bölgənin soyuq qışlarına alışmış yeganə camış növüdür.

Bu səbəbdən sahiblər qış vaxtı camışları satmağa və ya öldürməyə məcbur olmurlar.

Dawn qəzetinin məlumatına görə Minqora gözəllik müsabiqəsində olan ekspertlər bu camış növünün nəinki gözəl, "həm də digərlərindən daha çox süd və daha keyfiyyətli ətə" malik olduğunu deyiblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş