Trump: Şimali Koreya lideri Kim Jong-Un-la görüşməkdən qürur duyardım

Kim Jong-Un və Donald Trump Fotonun müəllifi Getty Images
Image caption ABŞ prezidenti Kim Jong-Un-u "çox ağıllı şəxs" kimi dəyərləndirir.

ABŞ prezidenti Donald Trump Şimali Koreya lideri Kim Jong-Un-la görüşmək istədiyini söyləyib.

Trump Bloomberg televiziyasına verdiyi müsahibədə "Əgər onunla görüşməyim münasib olsaydı, düzgün şəraitdtlərlə bunu edərdim. Bunu etməkdən qürur hissi keçirərdim. Bir daha təkrar edirəm düzgün şərtlərlə onunla görüşə bilərəm".

Lakin Trump hansı şərtlərin nəzərdə tutduğunu açıqlamayıb.

"Belə bir görüşün baş tutması üçün lazım olan şərtlərin mövcud olmadığı məlumdur", - deyə Ağ Ev nümayəndəsi Sean Spicer isə açıqlamasında bildirib.

Sean Spicer qısa müddət ərzində Trump-la Kim Jong-Un arasında ikitərəfli görüşün baş tutacağını gözləmədiyini söyləyib.

Fotonun müəllifi Reuters

Şimali Koreyanın proqramı "təhrikedicidir"

ABŞ prezidenti Donald Trump Fox News televiziyasına verdiyi müsahibədə Şimali Koreyaya qarşı daha sərt bir üsuldan istifadə edib.

Trump Şimali Koreyanın "təhrikedici" kimi dəyərləndirdiyi nüvə proqramının ABŞ-a həddən artıq təhlükə yaratdığını söyləyib.

ABŞ lideri lazım gələrsə bu ölkəyə qarşı hərəkətə keçməkdən çəkinməyəcəyini də vurğulayıb.

CBS televiziyasına verdiyi müsahibədə Kim Jong-Un-u "çox ağıllı şəxs" kimi qiymətləndirən Trump Şimali Koreya nüvə proqamına son verməyəcəyi təqdirdə bu ölkəyə qarşı hərbi müdaxilə ehtimalını istisna etməyib.

Trump həmçinin Şimali Koreyaya qarşı aparılacaq müharibədə milyonlarca insanın öləcəyi barədə xəbərdarlıq da etmişdi.

Fotonun müəllifi AFP
Image caption ABŞ-ın Cənubi Koreyada raketdən müdafiə sistemi yerləşdirməsinə Şimali Koreya ilə yanaşı Çin də reaksiya vermişdi

Şimali Koreya yarımadasında gərginlik həftələrdir ki, yüksəkdir

Şimali Koreyanın yaradıcısı Kim İl-Sung-un doğum günü olan 15 apreldə, ya da bu tarixdən əvvəl və ya sonra uzaq mənzilli raket və nüvə sınağının həyata keçiriləcəyindən ehtiyat edilir.

Rəsmi Pxenyan bazar ertəsi günü "ABŞ-ın aqressiv və əsəbi mövqeyi qarşısında" nüvə gücünü daha da artıracağını açıqlamışdı.

Şimali Koreya ötən həftənin şənbə günü son iki həftədə ikinci dəfədir ki, ballistik raketi sınağını keçirib.

Cənubi və Şimali Koreya 1953-cü ildə əldə olunmuş atəşkəsdən sonra texniki baxımdan müharibə şəraitindədirlər və hər iki ölkədə hərbi təlimlər keçirilir.

Cənubi Koreyaya hərbi gəmilərini göndərən ABŞ həm də bu ölkəyə mübahisəli THAAD raketdən müdafiə sistemini yerləşdirməyə başlamışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş