Şimali Koreya: ABŞ təyyarələri nüvə müharibəsi təhlükəsini artırıb

B-1B в небе Fotonun müəllifi Getty Images
Image caption ABŞ-ın B-1B bombardmançıları nüvə bombaları daşıya bilir.

İki ABŞ Lancer B-1B bombardmançılarının Cənubi Koreya ilə birgə hərbi manevrlərdə iştirak etməsi Koreya yarımadasını nüvə müharibəsi həddinə gətirə bilər, Şimali Koreya hökuməti bildirib.

Eyni zamanda ABŞ silahlı qüvvələri Cənubi Koreyada THAAD anti-raket müdafiə sistemini quraraq fəaliyyətə verib.

"Bu məsuliyyətsiz hərbi təxribat Korea yarımadasında vəziyyəti nüvə müharibəsinin astanasına gətirib çıxara bilər", - Şimali Koreyanını dövlət xəbər agentliyi bildirib.

Pxenyan bəyan edir ki, ABŞ bombardmançıları böyük obyektlərə nüvə zərbəsinin təlimlərində iştirak ediblər.

Bundan əvvəl prezident Trump Koreya yarımadasında hər hansı bir ssenarini istisna etməyib. Lakin, o, nüvə zərbələri barədə danışmayıb.

Nüvə bombaları daşıya bilən B-1B bombardmançıları Cənubi Koreya ilə birgə hərbi manevrlərdə, Şimali Koreyanın nüvə və raket proqramlarından yaranan təhlükəyə reaksiya vermək niyyəti ilə iştirak edib, Cənubi Koreyanını müdafiə nazirliyi bildirib.

Bu barədə daha geniş