Çində bəy saxta toy dəvətinə görə həbs olundu

Yerel bir televizyon kanalı, davetlilerin sahte olduğunun ortaya çıkması sonrası yaşanan şaşkınlığı yayınladı Fotonun müəllifi Shaanxi TV
Image caption Yerli televiziya kanalı dəvətlilərin saxta olduğu ortaya çıxdıqdan sonra yaşanan çaşqınlığı yayımlayıb.

Çinin mərkəzində bir bəyin toya dəvət etdiyi 200 nəfərin ailəsi və dostları yerinə pul qarşılığında gələn insanların olduğu ortaya çıxıb və nəticədə bəy həbs olunub.

Şaansi bölgəsindəki yerli mətbuatın yazdığına görə hadisəni gəlinin ailəsi fərq edib.

Liu ailəsi bəyin dəvətliləri ilə danışan zaman hər kəsin "sadacə dostuq" deməsi və necə tanış olduqlarını danışmaması onları şübhəyə salıb.

Mərasim başladıqda bəyin ailəsinin hələ də ortalıqda olmadığını görən Liu ailəsi bəyin yalan söylədiyini anlayıb.

Yerli Şansi televiziya kanalına açıqlama verən "qonaqlar" cənab Wang adlı bəyin onlardan 80 yuan qarşılığında onun ailəsi və dostları kimi davranmağı istədiyini danışıblar.

Fotonun müəllifi Shaanxi TV
Image caption Dəvətlilərdən biri WeChat adlı proqram üzərindən bəylə apardığı qiymət sövdələşməsinin yazışmalarını göstərib.

Proqram üzərindən qiymət bazarlığı

Dəvətlilərdən bəzisi universitet tələbəsi və taksi sürücüsü olduğunu söyləyərkən digər bir qonaq WeChat adlı proqram üzərindən bəylə apardığı qiymət sövdələşməsinin yazışmalarını göstərib.

Bəylə gəlinin 3 ildir bir yerdə olduğu bildirilir. Lakin cütlüyün tamamən fərqli dost qruplarına sahib olması hər şeyin yolunda olması təəssüratını yaradıb.

Bundan başqa bəyin niye belə hərəkət etdiyi və hansı qanunları pozduğu məlum deyil.

Bəzi xəbərlər gəlinin ailəsinin bəyin ailəsinin kasıb olduğu üçün toyla razı olmadıqlarını və bəyin ailəsini utandırmamaq üçün onları toya dəvət etmədiklərini yazır.

Lakin hadisəylə bağlı polisin istintaqa başladığı söylənilir.

Toyda baş verən hadisələrin arxasında dayanan səbəbləri öyrənmək istəyən sosial şəbəkə istifadəçiləri hadisə ilə bağlı müxtəlif ssenarilər "yazırlar".

Əlaqəli mövzular

Bu barədə daha geniş