Merkel Putini geylərin hüquqlarını müdafiə etməyə səsləyir

Vladimir Putin və Angela Merkel sonuncu dəfə Moskvada, Kremldə 2015-ci il mayın 10-da görüşüblər. Fotonun müəllifi AFP
Image caption Angela Merkel sonuncu dəfə Russiyaya 2 il bundan əvvəl gəlmişdi

Rusiyaya səfər edən Almaniya kansleri prezident Vladimir Putini Çeçenistanda geylərin hüquqlarının müdafiəsinə kömək etməyə səsləyib.

Angela Merkelin 2015-ci ildən bəri ilk dəfə olaraq Rusiyaya rəsmi səfərə gəlir.

Fəallara əsasən geylər əleyhinə kampaniya gedişatında onlarla adam həbs edilərək işgəncələrə məruz qalır.

Xanım Merkel bu məsələni 2015-ci ildə Rusiyaya səfər edərkən də diqqət mərkəzinə çəkmişdi.

Suriya məsələsi və Krımın ilhaqına görə ölkələr arasında münasibətlər gərgin olaraq qalmaqdadır. Aİ tərəfindən Rusiyaya qarşı sanksiyaların yeridilməsində Almaniya aparıcı rol oynayıb.

Soçidə keçirilən danışıqlarda Almaniya və Rusiya liderləri Syria və Ukrayna böhranını müzakirə ediblər.

Görüşün rəsmi məqsədi iyul ayında Hamburq şəhərində keçiriləcək G20 sammitinə aid məsələləri müzakirə etməkdir.

Merkel Rusiyadan, Ukrayna və Suriya böhranlarının çözülməsində öz nüfuzundan istifadə edəcəyini gözləyir, görüşdən əvvəl BBC-nin Berlindəki müxbiri Damien McGuinness-in hazırladığı xəbərdə deyilir.

Prezident Putin isə Merkel-dən Aİ sanksiyalarının qaldırılmasında dəstək gözləyir.

Ümid edirik ki, Aİ sanksiyalarının ləğv edilməsi üçün Rusiya Minsk razılaşmaları üzrə öz öhdəliklərini yerinə yetirəcək ki, görüşdən sonra keçirilən mətbuat konfransında Angela Merkel deyib.

Öz növbəsində Vladimir Putin Almaniya seçkilərinə kibermüdaxilə barədə ittihamları rədd edib. Bundan əvvəl Almaniya kəşfiyyatı ölkənin kompüter sistemlərinə edilmiş kiberhücumların arxasında Rusiyanın dayandığını bildirib.

Merkel kommunist Şərqi Almaniyada böyüyüb boya-başa çatıb, rusca danışa bilir.

Putin isə almanca danışır, 1980-ci illərdə DTK əməkdaşı kimi Drezden şəhərində xidmət edib.

Fotonun müəllifi Reuters
Image caption Suriya məsələsində tərəflərin mövqeyi fərqli olsa da, Rusiya ilə Türkiyə arasında münasibətlər yaxşılaşmaqdadır.

Çərşənbə günü Vladimir Putin Türkiyə lideri Recep Tayyip Erdoğanla da görüşməlidir.

Bu görüş iki ölkə arasında əməkdaşlığın genişləndiyi dövrə təsadüf edir.

Suriyada Moskva - prezident Əsədi, Ankara isə onun rəqiblərini dəstəkləyir. Buna baxmayaraq, iki ölkə, özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı yanvar ayında birgə hərbi hava reydləri keçirməyə başlayıb.

ABŞ prezidenti Donald Trump çərşənbə axşamı günü prezident Putinlə telefonla danışmalıdır.

Gözlənildiyinə görə, onlar Suriyadakı müharibəni müzakirə edəcəklər.

Bu barədə daha geniş