Çin 20 min nəfərlə "öz" Wikipedia-sını qurur

CIN INTERNET Fotonun müəllifi Getty Images

Wipedia-ya alternativ kimi hazırladığı internet ensiklopediyası üzrə işləmək üçün 20 min nəfəri cəlb edib.

Yeni ensiklopediyaya daxil edilməsi planlaşdırılan 300 min qeydin hərəsi təxminən 1000 sözdən ibarət olacaq.

Wikipedia-nı redaktə edən könüllülərdən fərqli olaraq, bu ensiklopediya üçün yalnız dövlət universitetlərindən xüsusilə seçilmiş alimlər yazacaq.

Wikipedia-ya Çində daxil olmaq olur, lakin bəzi səhifələri bloklanıb.

Keçən ay, Çinin Kitab və Jurnal Yayım Assosiasiyasının baş redaktoru Yang Muji Çinin Ensiklopediyasının "bir kitab yox, mədəniyyətin Böyük Divarı" olduğunu deyib.

Wikipedia-nı rəqib adlandıran cənab Yang "cəmiyyətə yol göstərmək üçün" öz platformasını yaratmaqda beynəlxalq təzyiqə məruz qaldığını deyib.

Çinin Ensiklopediyası ilk dəfə 1993-cü ildə, elm işçilərinin dəstəyi ilə dərc edilib və ikinci versiyasə 2012-ci ildə buraxılıb.

Lakin tənqidçilər ensiklopediyanın siyasi motivlərlə bəzi qeydləri daxil etmədiyini və bəzilərini dəyişdirdiyini deyirlər.

Çin Ensiklopediyasının internet versiyası üçün icazə 2011-ci ildə verilsə də, onun hazırlanması üzrə işlər yeni başlayıb.

Bu addımla dövlət öz ensiklopediya platformalarına sahib olan Baidu və Qihu 360 təşkilatları və Wikipedia ilə mübarizə aparacaq.

Oxford İnternet İnstitute (Oxford İnternet İnstitutu) təhqiqatçısı Taha Yasseri BBC-ə deyib ki, Çində "insanlar Wikipedia-nı anti-məhdudlaşdırma üsulları ilə oxuyurlar və bu, avtoritar dövlət üçün yaxşı deyil".

"Ona gorə də, bu layihənin niyyəti daha çox internet istifadəçilərini dövlətin təsdiq etdiyi resurslara cəlb etməkdir", o, əlavə edib.

Lakin Taha Yasserinin həmkarı Joss Wright yeni platformanın "yerli istifadəçilərin daha çox bəyəndiyi unikal Çin təcrübəsi ilə" qurulmasının mümkün olduğunu deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş