Trump və Putin Suriya, Şimali Koreya və ilk görüşləri barədə danışıb

Trump və Putin Fotonun müəllifi AFP

ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin Suriyada müharibəni dayandırmaq üçün atəşkəs tələb etmək barədə razılığa gəliblər.

Bu, ABŞ-ın təxminən bir ay əvvəl Suriyaya qarşı hava zərbələrini başlamasından sonra münasibətlərin gərginləşməsi fonunda ilk danışıq olub.

Ağ Ev və Kreml bəyanatlarında söhbətin məhsuldar keçdiyini deyib.

Müzakirə olunan digər mövzular Şimali Koreya və gələcəkdə təkbətək görüşün vaxtı olub.

Cənab Trump Rusiyanın müttəfiqi olan Suriya prezidenti Bəşər Əsədin ittiham edildiyi kimyəvi silah hücumundan sonra hava zərbələri endirməyi əmr edib. Rusiya isə qanunsuz sinir qazın istifadəyə görə Suriya üsyançılarını günahlandırıb.

Ağ Evin bəyanatında deyilir: "Prezident Trump və prezident Putin razılaşıb ki, Suriyada əziyyət həddindən artıq çox getdi və bütün tərəflər zorakılığın dayandırılması üçün mümkün olan hər şeyi etməlidir."

"Söhbəti çox yaxşı oldu və humanitar və bir çox digər səbəblər üçün davamlı sülhə nail olmaq məqsədilə təhlükəsiz zonaların yaradılması da müzakirələrə daxil edilib".

Kremlin bəyanatda deyilir ki, iki tərəf atəşkəs rejiminin möhkəmləndirilməsi yollarını tapmaq cəhdləri ətrafında addımları razılaşdırıb.

"Məqsəd Suriyada real həll prosesinə başlamaq üçün şərait yaratmaqdır", bəyanatda deyilir.

Tərəflər həmçinin iyulun əvvəlində Hamburqda G20 sammiti zamanı ilk təkbətək görüş keçirmək barədə razılaşıb, Kreml bildirib.

Bu barədə daha geniş