Brexit: Britaniya 100 milyard avro “ayrılma hesabını ödəməyəcək”

David Davis Fotonun müəllifi PA
Image caption David Davis hesab edir ki, ödəniş rəqəmi danışıqlarda müəyyən ediləcək.

Birləşmiş Krallıq Aİ-dən çıxmaq üçün 100 milyard avro dəyərində "ayrılma hesabını" ödəməyəcək, Britaniyanın Brexit naziri bildirir.

ITV televiziya kanalının Good Morning Britain səhər proqramında çıxış edən David Davis deyib ki, ölkəsi "Aİ-nin tələb etdiyi" yox, qanuni ödənişini qarşılamaq niyyətindədir.

"Bu danışıqlardı. Onlar istdədiyini biz isə öz istədiyimizi qarşıya qoyacağıq".

Danışıqlarda Aİ nümayəndə heyətinin baçşısı Michel Barnier bu gün danışıqlara dair rəsmi təlimatları təqdim etməlidir.

Hərçənd ki, sənəddə maliyyə öhdəliklərinin əks olunacağı gözlənilmir.

Fotonun müəllifi EPA
Image caption Michel Barnier bu gün danışıqlara dair rəsmi təlimatları təqdim etməlidir.

BBC-ə danışan Aİ mənbəsi bildirib ki, Brüssel hazırda maliyyə öhdəliklərilə bağlı yekun rəqəmləri müzakirə etmək niyyətində deyil.

Maliyyə öhdəlikləri Brexit danışıqlarının ən çətin və həssas mövzularından biri sayılır.

Brexit: Qısa məlumat

  • Aİ-dən çıxmaq barədə qərar 2016-ci ildə keçirilən referendumun nəticələrinə əsaslanır.
  • Brexit qərarını seçicilərin 51,9 faizi dəstəkləyib.
  • Mart ayında Brexit haqqında qanun Böyük Britaniya kraliçası və ölkə parlamentinin təsdiqini qazanıb.
  • Brexit prosesi Aİ Şurasının prezidentinə Aİ-dən çıxmaq barədə rəsmi müraciətin təqdimatı ilə işə salınır.
  • Lissabon müqaviləsinə görə, Aİ-dən çıxmaq prosesinə iki illik müddət ayrılır.
  • Qarşılıqlı razılaşma əsasında bu müddət uzadıla bilər.

Bu barədə daha geniş