Şahzadə William xanımının yarıçılpaq şəklinə görə medianı məhkəməyə verib

Кейт и Уильям Fotonun müəllifi European Photopress Agency
Image caption William və Kate

Böyük Britaniyanın kral ailəsi şahzadə William-ın xanımı Kate-in üst geyimi olmayan fotosunu dərc etdiyinə görə Fransanın iki nəşrindən yarım milyon dollar təzminat tələb edib.

Bu barədə Fransada şəxsi həyat toxunulmazlığı hüquqlarının pozulması ilə bağlı qaldırılan iddiaya baxılan zaman cavabdehlərin vəkili bildirib.

Fransanın Closer jurnalı və La Provence nəşri 2012-ci ilin sentyabrında Cambridge hersoginiyasının üzgüçülük hovuzunun yanında açıq sinəylə əks olunduğu fotoları dərc edib.

Şəkillər hersoq və hersoginiya Fransada, William-ın əmisi lord Linley-nin malikanəsində istirahət edən zaman çəkilib.

Şəkillər Böyük Britaniyada kütləvi narazılığa səbəb olmuşdu. Böyük Britaniyanın kütləvi informasiya vasitələri qətiyyətlə şəkilləri dərc etməkdən imtina etmişdilər.

Kral ailəsi də bu şəkillərin dərc olunmasından qəzəblənərək məhkəməyə müraciət etmişdi.

Şəxsi həyat toxunulmazlığının pozulmasıyla bağlı Fransa məhkəməsində qaldırılan iddiada 6 nəfər cavabdeh şəxs dayanıb.

Onların arasıda Closer-in redaktoru, La Provence nəşri və fotoqraflar olub.

France-press agentliyinin məlumatılna görə, cavabdehlərin vəkili Paul-Albert Iweins cütlüyün şəkillərdə "müsbət şəkildə" əks olunduqlarını iddia edərək "dəyən ziyana görə kral ailəsinin dəlillərini" tənqid edib.

Closer jurnalının redaktoru Laurence Pieau şəkillərin dərcində zərər görmədiyini qeyd edərək "bu şəkilləri şok şəkillər adlandırmaq" düzgün deyil deyib.

Şahzadə William-ın vəkilinin sözlərinə görə, şəkillərin dərci paparazilərin anasını necə izlədiyini nəzərə alaraq ən çox şahzadə William üçün ağır olub.

Bəzilərinin fikrincə şahzadə Diana-nın ölümündə paparazilər günahkardır.

Bu barədə daha geniş