Nigeriya prezidentinin xanımı: "Ərim elə də xəstə deyil"

Ayşə Buhari və əri, prezident Məhəmməd Buhari Fotonun müəllifi AFP
Image caption Ayşə Buhari çərşənbə axşamı Twitter vasitəsilə bildirib ki, əri güman edilən dərəcədə xəstə deyil.

Nigeriya prezidenti Məhəmməd Buhari səhhəti ilə bağlı davam edən qeyri-müəyyənlik şəraitində növbəti, sayca 3-cü dəfə hökümət iclasına qatılmayıb.

O, artıq bir həftədən çoxdur ki, ictimaiyyət qarşısına çıxmır.

Onun həyat yoldaşı Ayşə Buhari çərşənbə axşamı Twitter vasitəsilə bildirib ki, əri güman edilən dərəcədə xəstə deyil.

Mart ayında Buhari, Britaniyada 7 həftə ərzində müalicə kursu keçdikdən sonra ölkəyə qayıdıb. Onun nədən müalicə olunması isə açıqlanmayıb.

Nigeriyaya döndükdən sonra, prezident qeyd edib ki, heç zaman belə xəstələnməmişdi.

Twitterdə xanım Buhari yazıb ki, əri "səlahiyyətlərini yerinə yetirməkdə davam edir" və nazirlərlə görüşlər keçirir. O, eləcə də nigeriyalılara təşəkkürünü bildirib.

Prezident Buhari Britaniyada olduğu müddətdə paytaxt Abucada hökümətin keçirdiyi iclaslara vitse-prezident Yemi Osinbajo sədrlik edib.

Bu həftənin əvvəlində Nigeriyanın bir qrup görkəmli xadimi prezidentin sağlamlıq durumu ilə bağlı nigaranlığın artması fonunda Buharini səhhətinə görə məzuniyyət götürməyə çağırı.

Prezident Buhari, özünə xas olmayan tərzdə, ötən həftə cümə namazına qatılmayıb.

Fotonun müəllifi AFP
Image caption Mart ayında prezident Buhari Britaniyada 7 həftə ərzində müalicə kursu keçib.

Informasiya naziri Lai Məhəmməd BBC-ə deyib ki, prezidentin səhhətinə aid məsələlər "şəxsi səciyyə" daşıyır və nigeriyalılara onun sağlamlıq durumu barədə məlumat verilir.

Bazar ertəsi günü ictimaiyyətin 13 nüfüzlu nümayəndəsinin adından yayılmış bəyanatda deyilir ki, hökümətin iclaslarına və cümə namazlarına prezidentin qatılmaması, onun sağlamlıq durumu ilə bağlı "şaiyələrin yayılmasına zəmin yaradır".

Bəyanat müəllifləri bildiriblər ki, "həkimlərin məsləhətinə əməl edərək, gecikdirmədən sağlamlığına qayğı göstərmək məqsədilə istirahətə çıxmasını" prezident Buhari-dən xahiş etməyə ehtiyac duyublar.

Prezidentin şəxsi köməkçisi Bəşir Əhməd deyib ki, Buhari öz səlahiyyətlərinin yerinə yetirilməsi çərçivəsində ədliyyə naziri Abubakar Malami və digər rəsmilərlə öz prezident malikanəsində çərşənbə axşamı görüşüb.

Ötən həftə, prezidentin sözçüsü arba Garba Şehu deyib ki, prezident Buhari Britaniyada uzunmüddətli müalicədən sonra "ehtiyatlı olmağa və tələsməməyə çalışır"


Buhari-nin naxoşluğunun tarixçəsi, 2017

19 yanvar: "Tibbi məzuniyyətə" çıxaraq Britaniyaya yollanıb

5 fevral: Məzuniyyətinin uzadılmasını parlamentdən xahiş edib

10 mart: Vətənə qayıdıb, lakin iş fəaliyyətini dərhal bərpa etməyib.

26 aprel: Sayca ikinci hökümət iclasını buraxaraq "evdən işləyib"

28 April: Cümə namazına qatılmayıb

3 May: Sayca üçüncü hökümət iclasını buraxıb

Bu barədə daha geniş

BBC-nin digər saytlarında