Macron və Le Pen bir-birinə qarşı "ağır ittihamlar səsləndirib"

French presidential debate on 3 May 2017 Fotonun müəllifi AFP
Image caption Fransanın yeni prezidenti bazar günü, mayın 7-də baş tutacaq seçkilərin ikinci turunda müəyyənləşəcək

Fransa prezidentliyinə iki iddiaçı son dərəcə qızğın televiziya debatı zamanı bir-birinə qarşı kəskin hücumlar edib.

Mərkəzçi Emmanuel Macron bildirib ki, onun ifrat sağçı rəqibi Marin Le Pen-in strategiyası "yalandır". Xanım Le Pen isə qarşılığında cənab Macronu "sisteminin həyasız sevimlisi" adlandırıb.

Cənab Macron seçki üzrə sorğularda öndə olsa da, onun liderliyində azalma müşahidə olunub.

Hər iki namizədin məqsədi bazar günü keçiriləcək prezident seçkilərinin ikinci turunda qərarsız seçicilərin təxminən 18% -ni öz tərəfinə çəkməkdir.

İlk dəfə olaraq, heç bir namizəd əsas Fransa partiyalarından birinin tərəfdarı deyil. 1958-ci ildən etibarən Beşinci respublikanın tarixində nə sosialist, nə də sağçı-mərkəzçi namizəd seçkilərin ikinci mərhələsinə keçməyib.

Gərgin debat 160 dəqiqə çəkib və hər iki namizəd bir-birinə qarşı şəxsi təhqirlər ünvanlayıb.

Xanım Le Pen 39 yaşlı rəqibini Fransanın aktivləri satmaq və ölkəyə nəzarətdən imtina etmək üçün xoşbəxt olacaq "vəhşi qloballaşmanın namizədi" çağırıb.

Cənab Macron, öz növbəsində, Milli Cəbhə partiyasının 48 yaşlı liderini "qorxunun ali kahini" adlandırıb və deyib ki, o, "çox danışıb və heç nə təklif etməyib".

Fotonun müəllifi EPA
Image caption Emmanuel Macron tərəfdarları debatı bir barda diqqətlə izləyirlər

Namizədlər ayrı-ayrı məsələlər barədə nə deyib?

İqtisadiyyat və məşğulluq: Cənab Macron etiraf edib ki, Fransada 30 ildir işsizliyi aradan qaldırmaq mümkün olmayıb. Deyib ki, onun həlli və kiçik və orta şirkətlərə daha çox iş yeri yaratmaq və daha çevik olmaq üçün imkan yaratmaqdır.

Bu zaman xanım Le Pen ondan "iqtisadiyyat naziri olarkən niyə bu şeyləri etmədiyini" soruşub. O, bildirib ki, mühafizəkar ticarət tədbirlərinin qəbulu ilə dövlət aktivlərini və Fransız iş yerlərini qoruyacaq.

Terrorizm: Xanım Le Pen rəqibini İslam fundamentalizmi barədə arxayın olmaqda ittiham edib. Cənab Macron isə deyib ki, Marin Le Pen-in planları terrorçular və onların "vətəndaş müharibəsi" istəyinin xeyrinədir.

Cənab Macron bildirib ki, o, artıq görülən təhlükəsizlik tədbirlərini gücləndirəcək, amma təkid edib ki, Fransa başqa ölkələrlə işləməlidir və sərhədlərin bağlanması, həmçinin ümumi istisnalar cavab deyil.

Milli Cəbhə partiyasının lideri isə bildirib ki, İslam fundamentalizmini "aradan qaldırmaq" lazımdır. Bu da "ekstremist məscidlərin bağlanması", nifrət nitqi söyləyən moizəçilərin qovulması və "Qətər və Səudiyyə Ərəbistanı" kimi ölkələrdən maliyyələşməni hədəfləmək deməkdir.

Aİ və valyuta: Xanım Le Pen deyib ki, o, nəinki sərhədlərə və ticarət sazişlərinə tam nəzarəti istəyir, həm də "ölkənin milli puluna qayıtmasını" diləyir.

Onun sözlərinə görə, banklar və iri şirkətlər ödənişləri avro və ya Fransız valyuta ilə edilməsini seçə bilərlər, amma fiziki şəxslər Fransız valyutasına qayıdacaq.

Cənab Macron bu təklifi "cəfəngiyat" adlandırıb.

Fransanın yeni prezidenti mayın 7-də baş tutacaq seçkilərin ikinci turunda müəyyənləşəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş