Trump Yaxın Şərqdə sülh “şansının” olduğunu bəyan edib

Trump və Abbas Fotonun müəllifi Getty Images
Image caption Mahmud Abbas "iki xalq iki dövlət" prinsipinin qorunmasında təkid edir

ABŞ prezidenti Donald Trump Fələstin lideri Mahmud Abbasla görüşdən sonra Yaxın Şərqdə sülh razılaşmasını imzalamaq üçün "yaxşı şans" olduğunu bildirib.

"Biz bunu edəcəyik", deyə Trump Ağ Evdə Mahmud Abbasla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Mahmud Abbas Trumpa sülh razılaşmasının "iki dövlətin" yanaşması, həmçinin 1967-ci ilə qədər olan ölkə sərhədlərinin nəzərə alınması əsasında həyata keçirilməsini istədiyini bildirib.

"Hazırda, cənab prezident, sizinlə bizim buna ümidimiz var ", deyə cənab Abbas bildirib.

Trump qeyd edib ki, hər iki xalq - Fələstin və İsrail bir-birinə qarşı zorakılığı dayandırmalıdır.

Cənab Abbas İsrail münaqişəsi zamanı həbs olunan və ya həlak olan fələstinli ailələrinə təzminat verdiyi üçün təzyiqlərə məruz qalmışdı.

İsrailin fikrincə, Fələstin rəhbərliyi bu yolla terrorun yayılmasına köməklik edir.

Lakin buna baxmayaraq Mahmud Abbasın muxtariyyat daxilində nüfuzu kifayət qədər aşağıdır. Təzminatın dayandırılması isə onun nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxara bilər.

Bu ilin fevral ayında Trump, İsrailin baş naziri Benjamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Yaxın Şərqdə "böyük" sülh razılaşmasına nail olacağını bəyan edib.

"Mən iki və bir dövlətə baxıram", deyə o zaman etiraf edən Trump "Mənə hər iki tərəfə uyğun gələn yanaşma xoş gəlir. Mənə istənilən variant uyğundur" demişdi.

O zaman Trump ABŞ-ın uzun illərdir bu regiona qarşı davam edən prinsiplərindən və beynəlxalq siyasətindən uzaqlaşmışdı.

"İki dövlət" yanaşmasının mahiyyəti İsrail və Fələstin arasında münaqişənin 1967-ci ildə atəşkəsə qədərki, Qərb sahillərində, Qəzza bölgəsində və Şərqi Yerusəlimdəki sərhəd xətlərində müstəqil Fələstin dövlətinin yaradılmasıyla başa çatmalıdır. Yeni dövlət İsraillə sülh şəraitində mövcud olmalıdır.

BMT-nin baş katibi Antonio Gutteres Trump-ın fevralda verdiyi bəyanatlardan sonra onun administrasiyasının iki dövləti dəstəkləmək konsepsiyasından uzaqlaşması barədə xəbərdarlıq etmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş