Kraliçanın həyat yoldaşı şahzadə Phillip işdən kənarlaşır

принц Филипп, герцог Эдинбургский Fotonun müəllifi Getty Images

Buckingham kral iqamətgahından verilən məlumata görə, II Elizabeth-in həyat yoldaşı Edinburgh hersoqu, şahzadə Philip bu ilin payızında işdən kənarlaşaraq rəsmi səlahiyyətlərinin icrasına son verəcək. İyunda şahzadənin 96 yaşı tamam olur.

"Edinburgh hersoqu, kral həzrətləri payızdan rəsmi mərasimlərdə iştirak etməmək barədə qərar qəbul edib. Onun bu qərarı kraliça tərəfindən tam dəstəklənib",-deyə kral sarayından verilən rəsmi məlumatda bildirlir.

"Şahzadə Phillip avqust ayına qədər nəzərdə tutulan bütün tədbirlərdə - həm tək, həm də kraliçanı müşayiət etməklə iştirak edəcək. Bundan sonra o, heç bir yeni dəvəti qəbul etməyəcək. Lakin o bəzi hallarda bəzi tədbirlərdə iştirak edə bilər ", Buckingham saray iqamətgahı bəyan edib.

Bir qədər əvvəl məlum olub ki, Buckingham sarayında kral ailəsinin yüksək xidməti heyətinin görüşü keçirilib.

Saray nümayəndələri, görüşün mövzusunu açıqlamayıblar.

Lakin BBC-nin məlumatına görə, bu görüş II Elizabeth-in və ya şahzadə Phillip-in səhhəti ilə bağlı olmayıb. Bu yaxınlarda kraliça və Edinburgh hersoqu nəzərdə tutulan bütün tədbirlərdə iştirak ediblər.

Aprelin 21-də 91 yaşı tamam olan II Elizabeth Buckingham iqamətgahında ümumi seçkilərdən əvvəl parlamentin buraxılmasını təsdiqləmək üçün Böyük Britaniyanın Baş naziri Theresa May-lə görüşüb.

Ötən il rəsmi tədbirlərdə iştirak etməklə 110 gün keçirən şahzadə Phillip kral ailəsinin ictimai fəaliyyətlə məşğul olan 5-ci üzvü olub.

O, 780 təşkilatın prezidenti, üzvü və ya lideri olaraq qalır.

Bu ilin noyabr ayında II Elizabeth və Edinburgh hersoqu evliliklərinin 70 illiyini qeyd edəcəklər.

Şahzadə Phillip yumor hissi olan, siyasi baxımdan düzgün olmayan çoxsaylı ictimai zarafatlarıyla məşhurdur.

Çərşənbə günü Londonun "Lordlar" kriket stadionunda tribunanın açılışında iştirak edən şahzadə Phillip "Mən memorial lövhələrin açılışında dünyanın ən təcrübəli insanıyam" deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş