ABŞ hərbi fotoqrafı Əfqanıstanda öz ölümünü lentə alıb

Fotonun müəllifi Hilda Clayton
Image caption Partlayış nəticəsində öldüyü anı Hilda Clayton kamerasına çəkib

Özünün və dörd əfqanın partlayış nəticəsində öldüyü anı əks etdirən amerikalı hərbi fotoqraf xanımın çəkdiyi foto ABŞ hərbiyyəsi tərəfindən yayılıb.

Peşəkar fotoqraf Hilda Clayton-un 22 yaşı olub. Hilda və Əfqanıstan Ordusunun 4 əsgəri təlim məşqi zamanı minomyot minasının partlaması nəticəsində ölüblər.

Hilda Clayton-nun hərbi fotoqraf peşəsinə yiyələnmək üçün təlim keçdiyi əfqanıstanlı tərəfindən çəkilmiş fotoşəkil də ABŞ Ordusu xəttilə yayılıb. Sözügedən şəxs də ölənlər arasında olub.

Hadisə Əfqanıstanın şərqində yerləşən Lağman vilayətində baş verib.

Fotoşəkillər Military Review jurnalında dərc olunub.

"Clayton-un ölümü qadın əsgərlərin kişi həmkarları ilə bərabər təlim və döyüş şəraitində getdikcə daha çox hallarda təhlükə ilə üzləşdiklərini əks etdirir", Ordunun yaydığı məlumatda deyilir.

Foto hərbi fotoqrafçılıq üçün Clayton-nun təlimləndirdiyi əfqanlı tərəfindən çəkilib. Fotonun müəllifi US Army
Image caption Bu foto Hilda Clayton-nun hərbi fotoqraf peşəsinə yiyələnmək üçün təlim keçdiyi əfqanıstanlı tərəfindən çəkilib.

Fotolar Clayton ailəsinin icazəsilə dərc olunub.

ABŞ hərbiyyəsinin qeyd etdiyi kimi, "Clayton [ABŞ-Əfqanıstan] hərbi əməkdaşlığının güclənməsi və ərsəyə gəlməsi prosesini sənədləşdirməklə yanaşı, özü bu səylərin bir iştirakçısı olub".


Müdafiə Nazirliyi ABŞ-ın Georgia ştatından olan Hilda Clayton-u, fotoqrafiya sahəsinə aid və onun adı verilmiş mükafatla təltif edib.

Hərbi fotoqraflar Hilda Clayton-un adı verilmiş "Ən Sərrast Hərbi Kamera" mükafatı uğrunda yarışda iştirak etmək üçün beş gün davam edən sınaqdan keçməlidirlər.

Həmin sınaq zamanı namizədlərin fiziki və texniki hazırlıq səviyyəsi yoxlamadan keçirilir.

Clayton Fotonun müəllifi Army
Image caption Hilda Clayton əslən ABŞ-ın Georgia ştatındandır
Hilda Clayton-un adı verilmiş mükafat uğrunda yarışda iştirak edən əsgər Fotonun müəllifi DVIDS
Image caption Hilda Clayton-un adı verilmiş "Ən Sərrast Hərbi Kamera" mükafatı uğrunda sayca 5-ci yarışda iştirak edən əsgər

Bütün şəkillərə müəlliflik hüquqları qorunur

Əlaqəli mövzular

Bu barədə daha geniş