Beynəxalq Basketbol Federasiyası hicabla oynamağa icazə verdi

FIBA Fotonun müəllifi Getty Images
Image caption Qara rəngli baş geyimi FİBA-nın yeni standartlarına uyğundur

Beynəlxalq Basketbol Federasiyası (FİBA) oyunçulara hicab və digər baş örtüyü ilə meydançaya çıxmalarına rəsmən icazə verib.

FİBA icazəni baş örtüyünün ağ və ya qara rəngdə olması, ya da formaya uyğun seçilməsi şərtilə razılıq verib.

Yeni qaydalar oktyabrın 1-dən tətbiq olunacaq. Məlumata görə, baş örtüyü üzün hansısa hissəsini örtməməli, digər oyunçulara təhlükə yaratmamalı, başda və boyunda bənd edilməməlidir.

2012-ci ildən bu yana beynəxalq yarışlarda idmançıların geyiminə qarşı ciddi tələblər yüngülləşdirilməyə başlamışdı.

Olimpiya oyunlarında voleybolçulara daha açıq geyimdə meydançaya çıxmalarına icazə verilmşdi.

2014-cü ildən bu yana bu futbolçulara və basketbolçulara da şamil olunmuşdu.

Ötən il Rioda keçirilən olimpiadada bır sıra iştirakçıların başı bağlı iştirak etdiyini müşahidə etmək olardı.

Lakin buna baxmayaraq bəzi problemlər baş vermişdi.

2014-cü ildə Qətərin qadınlardan ibarət yığma komandası hicaba icazə verilmədiyinə görə, Asiya oyunlarında iştirak etməkdən imtina etmişdi.

FİFA artıq dini inanclarına görə qadınlara başı bağlı iştirak etməyə icazə verib.

Ümumiyyətlə, hicabla bağlı bir sıra ölkələrdə mübahisələr davam edir.

Yalnız bu ilin mart ayında Lüksemburqdakı Avropa Məhkəməsi iş sahiblərinin iş yerində əməkdaşlara baş örtüyünü qadağan etmək haqqına malik olması barədə qərar qəbul edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş