Çinin ilk iri sərnişin təyyarəsinin uçuşu

C919 Fotonun müəllifi AFP

Çində istehsal olunmuş sərnişin təyyarəsi təxminən 90 dəqiqəlik uçuşu uğurla başa vuraraq yenidən Şanxayın Pudonq hava limanına qayıdıb.

С919 təyyarəsi Pekinin qlobal aviasiya bazarına daxil olmaq istəyinin rəmzi sayıla bilər.

Çinin dövlət mediasında təyyarənin ilk uçusu geniş işıqlandırılıb.

Dövlət nəzarətində olan Comac şirkəti təyyrənin istehsalına 2008-ci ildə başlayıb. Lakin onun ilk uçuşu dəfələrlə təxirə salınıb.

Cümə günü həyata keçirilən uçuşda 5 nəfərdən ibarət heyət iştirak edib.

C919 Boeing 737 və Airbus A320-nin bilavasitə rəqibi olmalıdır.

Təyyarə CFM International (Fransa-ABŞ) şirkətinin istehsal etdiyi mühərriklərlə təchiz olunub.

Comac 500 təyyarənin istehsalına sifariş aldığını bildirir.

Avropanın aviasiya təhlükəsizliyi üzrə rəsmi qurumu C919 təyyarəsinin sertifikatlaşdırılması prosesinə başlayıb. Bu, təyyarənin beynəlxalq bazarda uğurlu olması üçün mühüm şərtlərdən biridir.

Əlaqəli mövzular

Bu barədə daha geniş