Pxenyan: MKİ Kim Jong-un həyatına sui-qəsd hazırlayır

Kim Jong-un Fotonun müəllifi Reuters
Image caption İddia edilir ki, Ali liderə qarşı hücum hərbi parad və ictimai tədbirdə baş tutmalıymış.

ABŞ və Cənubi Koreya xəfiyyələri Şimali Koreya lıderi Kim Jong-un həyatına sui-qəsd hazırlayırlar, Şimali Koreyanın dövlət mediası bildirir.

Dövlət təhlükəsizlik nazirliyinin məlumatına əsasən bio-kimyəvi maddə ilə hücum həyata keçirməyə hazırlayan Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə Cənubi Koreya kəşfiyyat agentliyinin terrorçu qrupu ölkəyə daxil olub.

Şimali Koreya terrorçuları tapıb "amansız şəkildə" məhv edəcək, rəsmi bəyanatda deyilir.

Şimali Koreyanın KCNA agentliyi sui-qəsd üçün o cümlədən "bio-kimyəvi, radioaktiv və nanozəhərləyəci maddələrin" istifadə olunduğunu qeyd edir.

İddia edilir ki, Ali liderə qarşı hücum hərbi parad və ictimai tədbirdə baş tutmalıymış.

Hücumun nəticələsi 6 aydan 12 ayadək bilinməyəcəkdi, məlumatda deyilir.

Təhlükəsizlik nazirliyi sui-qəsddə Kim adlı şəxsin iştirak etdiyini qeyd edir.

Rəsmi açıqlamaya əsasən o, Rusiyada işləyərkən Cənubi Koreya xüsusi xidməti tərəfindən əməkdaşlığa cəlb edib.

Kimə 300 min dolların ödənildiyi qeyd olunur.

Pxenyana qayıdan "Kim" mümkün hücumun yeri və yolları barədə məlumat toplamalı idi.

Pxenyanın açıqlaması bölgədə gərginliyin artmasına təsadüf edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş