Fransa seçkiləri: Macron "kütləvi kiber hücumu" qınayır

Macron Fotonun müəllifi Reuters

Fransanın prezidentliyə namizədi Emmanuel Macron sənədlərin yayılmasından sonra "kütləvi kiber hücum"a məruz qaldığını deyib.

Seçki qərargahının nümayəndələrinin fikrincə, naməlum hakerlərin məqsədi - Macron-un sağ millətçilərin namizədi Marin Le Penlə yarışdığı seçkilərin ikinci turu ərəfəsində ölkədə siyasi vəziyyətə təsir göstərməkdir.

Prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.

Macron-un tərəfdarları onu da bildirir ki, paylaşılmış materiallar arasında saxta sənədlər də var.

Macron-un partiyası bildirib ki, partiya üzvləri və seçki kampaniyasının iştirakçılarına məxsus 9 qiqabaytlıq yazışmalar oğurlanıb.

Sənədlər fayl paylaşım saytında anonim istifadəçi tərəfindən yayılıb.

Qanunvericiliyə görə, namizədlərin və medianın bazar günü axşamınadək, yəni seçkilər bitənədək bu barədə danışmaq qadağası var.

Fotonun müəllifi Getty Images

Serverlərinə "kütləvi və uzlaşdırılmış" haker hücumunun olduğunu deyən partiya bəyan edib ki, bu yazışmalarda nüfuzdan salan materiallar yoxdur: Orada yalnız seçkiqabağı qərargahının normal fəaliyyəti öz əksini tapıb. Macron-un ətrafı şübhə etmir ki, sənədlərin seçkilərə bir gün qalmış nəşr olunması nəticələrə təsir etmək üçündür.

"Bu, çox ciddi hadisədir və biz demokratiyanın həyati vacib prinsiplərini təhlükə altına qoyulmasına yol verə bilmərik", bəyanatda deyilir.

Partiya insidentin araşdırılmasına nail olacağını deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş