"Bütün Asiyaya hədiyyə": Hindistan unikal peyk buraxdı

GSLV Fotonun müəllifi ISRO
Image caption Peyki GSLV raketi orbitə çıxarıb

Hindistan, ölkənin cənub-şərqində yerləşən Şrixarikota kosmik mərkəzindən yeni telekommunikasiya peykini buraxıb. Baş nazir Narendra Modinin sözlərinə görə, bu işdən bütün Cənubi Asiya qazanacaq.

Təhlilçilər Modinin "kosmik diplomatiya" layihəsini belə qiymətləndirib: Maldiv Adaları, Şri-Lanka, Nepal, Butan və Banqladeş peykin işindən qazanacaq, amma Hindistanın ənənəvi rəqibi Pakistan layihədə iştirakdan imtina edib.

Cənab Modi peykin işə salınmasına məsul olan mütəxəssisləri şəxsən təbrik edərək onlarla çox fəxr etdiyini bildirib.

Hindistanın Kosmik tədqiqatlar təşkilatı (ISRO) peyki üç ilə hazırlayıb və o, GSLV raketi ilə orbitə çıxarılıb.

Modinin "bütün Asiya üçün hədiyyə" adlandırdığı bu cihaz iştirakçı ölkələrə təbii fəlakətlər haqqında dəyərli məlumatlar verə biləcək.

Peyk bütün əlavə infrastrukturları ilə birgə altı dövlətə 1,5 milyard dollara başa gəlib.

Əlaqəli mövzular