Hindistan: Polis siçovulların yüz litrlərlə spirtli içki içdiyini deyir

крысы Fotonun müəllifi AFP

Hindistanın şərqindəki Bixar ştatında siçovullar müsadirə edilmiş yüz litrlərlə spirtli içkini içib, yerli polislər bildiriblər.

2016-ci ilin aprelində ştatda spirtli içki satışı və istifadəsinə qadağa qoyulub. Həmin vaxtdan bəri polis 900 min litrdən çox qeyri-leqal alkoqol aşkarlayıb.

Polis bildirib ki, müsadirə edilmiş alkoqolun böyük hissəsini siçovullar məhv edib. Polis rəhbərliyi bununla bağlı araşdırmalara başlayıb.

Hələlik spirtli içkinin nə qədərinin yoxa çıxdığı bəlli deyil.

Polislərin bu içkiləri istifadə etməsi ehtimalı da yoxlanılır. Bu iddia təsdiqlənərsə, onlar vəzifədən uzaqlaşdırılacaq və qanun qarşısına çıxarılacaq.

Fotonun müəllifi Prashant Ravi
Image caption Spirtli içki şüşələri polis məntəqəsində dəlil kimi saxlanılırdı

Spirtli içki şüşələri polis məntəqəsində dəlil kimi saxlanılırdı.

Bu ştatda alkoqoldan istifadə və satışa görə 10 il həbs nəzərdə tutulub.

Əlaqəli mövzular