Fransada prezident seçkiləri: seçicilər Le Pen və Macron arasında seçir

7 may 2017 - Fransada prezident seçkiləri Fotonun müəllifi Reuters
Image caption Lyon şəhərində səhər tezdən duran seçici səs verir

Fransada seçicilər ölkənin növbəti prezidentini seçir.

Səsvermənin ikinci mərhələsində mərkəzçi Emmanuel Macron və ifrat sağçı Marine Le Pen iştirak edir.

Yerli vaxtla saat 12:00-da (Bakıda 14:00) seçici fəaliyyəti 28,2% təşkil edib. Bu, əvvəlki prezident seçkilərindən aşağıdır.

Buna baxmayaraq Avropa boyu bu seçkilər diqqətlə izlənilir, çünki nəticələr Aİ-nin gələcəyinə təsir edə bilər.

Fransada seçki məntəqələri bazar günü, yerli vaxtla 08:00-da (Bakıda 10:00) açıq elan olunub. Seçicilər 19:00-dək (Bakıda 21:00) səs verə bilər. Bəzi böyük şəhərlərdə məntəqələr 1 saat gec bağlanacaq.

İlkin nəticələrin bundan az sonra, yəni Bakı vaxtı ilə 22:00 radələrində elan olunacağı gözlənilir.

Fotonun müəllifi AFP
Image caption 39 yaşlı kemiş investisiya bankiri Emmanuel Macron və 48 yaşlı millətçi Marine Le Pen

İki namizədin siyasətləri arasında fərqlər böyükdür: liberal mərkəzçi olan cənab Macron Avropa İttifaqının qəti tərəfdarıdır , xanım Le Pen isə immiqrasiyaya qarşıdır. O, Fransanın avronu tərk etməsini və ölkənin Aİ-ə üzvlüyü üzrə referendum keçirilməsini istəyir.

Gözlənilir ki, cənab Macron qalib gələcək, lakin tədqiqatçılara əsasən səs verməyənlərin sayı çox olacaq və bu onun şanslarını azalda bilər.

Fotonun müəllifi Reuters
Image caption Fransa Macron və Le Pen arasında seçir

Seçkilər niyə əhəmiyyətlidir?

Bu gün Fransa ya ilk qadın prezidentini, yaxud da ən gənc prezidentini seçəcək.

Əsas partiyalardan heç bir namizəd ikinci raunda keçməyib deyə seçkilər bu baxımdan da fərqlidir.

Birinci mərhələdə seçicilər ölkəni onilliklərdir ki, idarə edən iki əsas partiyadan - Sosialistlərdən və Respublikaçılardan heç bir namizədi bəyənməyib.

Səsvermə Avropada da yaxından izlənilir: bu il Almaniya və Britaniya da seçkilərə gedəcək, eyni zamanda Britaniya Avropa İttifaqından ıxışı barədə danışıqlar aparır.

Əlaqəli mövzular

Bu barədə daha geniş