Şimali Koreya "ABŞ vətəndaşı Kim Hak-song-u həbs edib"

PUST saytı Fotonun müəllifi PUST
Image caption Məlumata görə, Kim Hak-song Pxenyan Elm və Texnologiya Universitetində işləyirdi

Şimali Koreya deyir ki, dövlətə qarşı "düşmən aktlarında" şübhəli bilinən ABŞ vətəndaşını tutub.

Pxenyan Elm və Texnologiya Universitetində (PUST) işləyən Kim Hak-song mayın 6-da saxlanılıb, KCNA dövlət agentliyi xəbər verir.

Hazırda daha üç nəfər ABŞ vətəndaşı, o cüməldən PUST-da dərs verən Kim Sang-duck, Şimali Koreyada saxlanılır.

Keçmişdə ABŞ deyib ki, Şimali Koreya Amerika vətəndaşlarını həbs edərək girov edir.

KCNA agentliyinə əsasən Kim Hak-song-un iddia olunan cinayətləri "müvafiq orqanlar" tərəfindən "ətraflı araşdırılır".

Bundan başqa detallar açıqlanmayıb.

PUST-da əsasən Şimali Koreya elitasının uşaqları oxuyur.

Bu universitet 2010-cu ildə, koreyalı-amerikalı xristian iş adamı tərəfindən təsis olunub. Onu əsasən ABŞ və Cənubi Koreyada yerləşən xristian xeyriyyə təşkilatları maliyyələşdirir.

Deyilənə görə, universitetdə bir sıra xarici müəllim dərs deyir.

Fotonun müəllifi AFP
Image caption Daha bir ABŞ vətəndaşı Kim Dong-chul ötən il 10 illik ağır əmək cəzası almışdı
Fotonun müəllifi Reuters
Image caption Tələbə Otto Warmbier 2016-cı ilin yanvar ayında Şimali Koreyada həbs olunmuşdu

Əlaqəli mövzular