Fransa: Prezident seçkilərində Macron Le Pen-i məğlub edib

Emmanuel Macron casts his ballot in Le Touquet, northern France Fotonun müəllifi AFP
Image caption Emmanuel Macron Fransanın ən gənc prezidenti olacaq

Fransa prezident seçkilərində mərkəzçi Emmanuel Macron ifrat sağçı Marine Le Pen-i böyük fərqlə məğlub edib.

Nəticələrə əsasən 39 yaşlı cənab Macron səslərin 66.06 faizini toplayaraq 33.94 faiz qazanmış Marine Le Pen-i məğlub edib və Fransanın ən gənc prezidenti olub.

O, 1958-ci ildə yaranmış müasir respublikanın ənənəvi siyasi partiyalarının namizədi olmayan ilk prezidentidir.

Cənab Macron Fransanın tarixində "Ümid və yenilənmiş inamın səhifəsi" olmaq istədiyini deyib.

Fransanın daxilində mövcüd olan "bölücü qüvvələrə" qarşı mübarizə aparmağı vəd edən cənab Macron, Fransanın birliyini təmin etməyə və Avropanı müdafiə etməyə öz "qarantiyasını" verib.

Fotonun müəllifi Reuters

Emmanuel Macron-un seçki platforması

Macron liberal mərkəzçidir, biznesyönlü siyasətçi Avropa İttifaqının sadiq tərəfdarıdır.

O, prezident Francois Hollande-ın hökumətini ötən avqust ayında tərk edəndən sonra özünün En Marche siyasi hərəkatını təsis edib.

Emmanuel Macron seçki kampaniyasında ictimai sektorda 12000 iş yeri açacağını və işsizlik səviyyəsini 7 faizədək azaldacağını vəd edib.

O, həmçinin büdcə qənaəti hesabına xərcləri 60 milyard avroyadək ixtisar edəcəyini deyib.

Prezident seçkilərinin qalibi mürəkkəb əmək qanunvericiliyinin dəyişdirilməsinə də ehtiyac olduğunu hesab edir.

Cənab Macron opponentinin mövqeyindən fərqli olaraq Avropa İttifaqının tərəfdarıdır.

Fotonun müəllifi EPA
Image caption Marine Le Pen

Reaksiyalar

Prezident seçkilərinin nəticələri məlum olandan sonra Emmanuel Macronu Avropa liderləri və ABŞ prezidenti təbrik edib.

Almaniya lideri Angela Merkel seşkilərin nəticələrini "vahid, güclü Avropanın qələbəsi" adlandırıb.

Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Fransanın yeni seçilmiş prezidenti Emmanuel Macron-a məktub ünvanlayıb.

Cənab Əliyev fransalı həmkarını qələbə münasibətilə təbrik edib və iki ölkə arasındakı "ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verdiyini" bildirib.

"Qazandığınız qələbə dost Fransa xalqının Sizə olan etimadının və irəli sürdüyünüz yeniləşmə xəttinə dəstəyinin göstəricisidir", o bildirib.

Bundan başqa məktubda Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri olduğu vurğulanıb.

"Mən Fransanın səylərinə xüsusi əhəmiyyət verir və ümidvar olduğumu bildirirəm ki, bu səylər münaqişənin ədalətli həllinə nəhayət öz töhfəsini verəcəkdir", İlham Əliyevin məktubunda bildirilir.


Seçki zamanı məğlub edilmiş xanım Le Pen isə öz çıxışında ona səs vermiş 11 milyon insana təşəkkür edərək, seçkinin ölkədəki "qlobalistlər və patriotlar" arasında olan bölünməni göstərdiyini deyib.

Məğlubiyyətini qəbul edən ifrat sağçı lider onun rəhbərlik etdiyi Milli Cəbhə partiyasında "dərin dəyişikliklər" başlayacağını və növbəti parlament seçkilərinə hazırlaşacağını bəyan edib.

O, cənab Macron-a üzləşdiyi "nəhəng problemləri" həll etməkdə uğurlar arzulayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş