Avstraliyada "hər beş nəfərdən biri" qisas pornosu ilə hədələnib

Təsvirlərin yayılması adətən kömpüter vasitəsilə baş verir Fotonun müəllifi Getty Images

Avstraliyada hər beş nəfərdən biri özünün intim foto və ya videosunun yayılması hədəsilə üzləşıb.

Bu mövzu ilə bağlı ölkədə keçirilmiş sorğuda 4,200 nəfər iştirak edib.

Sorğunun nəticələrinə əsasən, bu cür hədəyə məruz qalmış kişi və qadınların sayı təxminən bərabərdir.

Sorğuda iştirak edənlərin beşdə birinin çılpaq və ya seksual məzmunlu təsvirləri onların icazəsi olmadan çəkilib, respondentlərin 11%-i isə foto və ya videolarının onlardan icazə alınmadan yayıldığını bildirib.

Sorğunun nəticələri qisas pornosu ilə hədələnmə hallarının düşünüldüyündən daha böyük miqyas aldığını göstərib.

Bu cür halların baş verməsinə görə təqsirin daha çox kişilərin üzərinə düşdüyü halda, qadınlar öz təhlükəsizliyindən daha çox narahat olan tərəf kimi müəyyən edilib.

Sözügedən araşdırma RMIT və Monash universitetləri tərəfindən aparılıb.

Təqibə məruz qalmaq riskinin Avstraliyada aborigen, əlil və ya LGBT azlıqları kimi qrupların nümayəndələri üçün daha yüksək olduğu aşkar olunub.

Tədqiqat müəllifləri qisas pornosu ilə bağlı hədələri federal səviyyədə cinayətlər siyahısına daxil etməyi məsləhət görərək, qisas pornosu ilə hədələnənlərə yardım göstərmək məqsədi ilə qaynar xətt təsis etməyi məsləhət görüblər.

Müəlliflər, belə bir qaynar xəttin Britaniyada 2015-ci ildə qurulduğunu xatırladıblar.

Ölkənin yalnız iki ştatında - Victoria və Cənubi Avstraliyada təsvirlərin icazəsiz yayılmasının qarşısını alan qanunvericilik mövcuddur.

Bu barədə daha geniş