Əhalisi azalan İtalyan qəsəbəsinə "köçənlərə 2000 avro"

Bormido Fotonun müəllifi Daniele Galliano

İtaliyada əhali azlığı yaşayan bir qəsəbənin "kabus qəsəbəyə" çevrilməsinin qarşısını almaq üçün burda məskunlaşacaq insanlara 2000 avro ödənməsi nəzərdə tutulub.

İtaliyanın şimalında yerləşən Liguria ərazisindəki Bormida-da əhalinin yaşlanması və iş imkanlarının məhdud olması kimi səbəblər ucbatından əhalinin azalması ciddi bir problemə çevrilib.

Əhalisi 400 nəfərdən az olan Bormida-nın tamamilə tərk edilmiş bir qəsəbəyə çevrilməsinin qarşısını almaq üçün bələdiyyə sədri bir təqdimat proqamı hazırlayıb.

Bələdiyyə sədri Daniele Galliano buraya köçəcək insanlara ev satın almaları və kirayə etmələri üçün 2000 avro ödəməyi planlaşdırdıqlarını söyləyib.

Bormida-da bələdiyyələrə məxsus evlərin də çox aşağı qiymətlərlə kirayə verilməsi nəzərdə tutulub. Ev satın almaq istəyənlərə aşağı qiymətlərlə yanaşı vergi güzəştləri də təklif olunur.

Bu təqdimat proqramı bələdiyyə məclisi tərəfindən təsdiqlənməsə də bələdiyyə sədri Galliano-nun Facebook-dakı hesabına artıq tələblər gəlməyə başlayıb.

Galliano-ya yalnız İtaliyadan deyil, Hindistan, Kanada və ABŞ kimi bir çox ölkədən ismarış gəlib.

"İş təminatı versəniz problem olmaz"

Bəziləri dərhal Bormida-ya köçməyə hazır olduqlarını söyləsələr də, bəziləri buradakı iş imkanlarını araşdırmağa başlayıb.

"Əziz bələdiyyə sədri. Bormida-ya köçməyə hazıram, hətta 2000 avrodan imtina edə bilərəm. Amma mən havayla qidalana bilmərəm. Mənim bir ailəm var, iki uşağım var. Əgər mənə, təvazökarlıqdan uzaq da olsa, bir iş versəniz problem yoxdur (ciddiyəm)",-deyə bir Facebook istifadəçisi Galliano-ya belə yazıb.

Bundan başqa Bormidaya köçmək niyyətində olanlara yerli əhali tərəfindən, stresdən uzaq, sakit, təbii bir həyat tərzinə üstünlük verənlərin burada xöşbəxt olacaqları bildirilib.

Dənizdən 420 km yüksəklikdə yerləşən ucqar qəsəbənin təbiəti və yeməkləri gözəl olsda da "burada görüləcək bir iş yoxdur" tövsiyyəsi verənlər də olub.

İtaliyada ötən il dərc edilən bir hesabatda əhalinin yaşlanması və iş olmaması ucbatından 2430 kənd və qəsəbənin yox olma təhlükəsiylə qarşılaşdığı bildirilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş