James Patterson ilə əməkdaşlıqda Bill Clinton ilk triller romanını yazır

Bill Clinton Fotonun müəllifi Knopf/Little, Brown

Keçmiş ABŞ prezidenti Bill Clinton Ağ Ev haqqında roman yazmaqdadır, nəşriyyatçılar bazar ertəsi bildirib.

"Prezident yoxa çıxıb" adlı kitab tanınmış yazıçı James Patterson ilə əməkdaşlıqda yazılmaqdadır.

James Patterson kitablarının satış həcminə görə hazırda dünyada ən uğurlu yazıçı sayılır.

Naşirlərin sözlərinə görə, yeni əsərdə "yalnız prezidentə məlum olan təfərrüatlardan söhbət gedəcək".

Bill Clinton-un ilk romanı olacaq yeni kitab Alfred A Knopf and Hachette nəşriyyatında 2018-ci ilin iyun ayında çapdan çıxmalıdır.

"Prezidentin Ağ Evdə gününü necə keçirdiyi, Washington-nun necə işlədiyi barədə bildiyimi yazmaq ləzzət verir", - keçmiş president deyib.

"Jim ilə əməkdaşlıqdan həzz aldım. Uzun müddətdir ki, onun yaradıcılığını həvəslə izləyirəm", - Bill Clinton əlavə edib.

Hazırda dünyanın ən uğurlu bestsellerlər müəllifi sayılan James Patterson-un 130-dan çox əsəri nəşr olunub.

Bill Clinton president vəzifəsi ilə vidalaşandan sonra bir neçə kitab yazıb, lakin ilk dəfədir ki, roman yazır.

Əlaqəli mövzular

Bu barədə daha geniş