Obama Trump-a Michael Flynn barədə xəbərdarlıq edibmiş

Flynn Fotonun müəllifi Getty Images
Image caption Keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn bu il fevral ayında işdən azad edilib

Barack Obama yeni seçilmiş prezident Donald Trump-a Michael Flynn-i milli təhlükəsizlik müşaviri kimi işə götürməklə bağlı xəbərdarlıq edib, Ağ Ev təsdiqləyib.

Cənab Obama öz varisinə bu barədə noyabr seçkisindən 48 saatdan az müddət keçmiş Oval ofisdə söhbət zamanı xəbərdarlıq edib, sabiq Obama məmurları bildirib.

Cənab Flynn-in Rusiya nümayəndəsi ilə əlaqəsi onu şantaja qarşı müdafiəsiz edib, bazar günü Senatda dinləmələr olub.

O, bu əlaqələrin xarakterini gizlətdiyi üçün fevral ayında işdən azad edilib.

İstefada olan ordu general-leytenantı cənab Flynn andiçmə mərasimindən əvvəl Rusiya nümayəndəsi Sergey Kislyak ilə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının müzakirəsi barədə Trump administrasiyasını aldadıb.

Fotonun müəllifi ABC
Image caption Ağ Evin mətbuat katibi Sean Spicer bazar ertəsi gündəlik brifinqdə "xəbərdarlıq iddialarını" təsdiqləyib

Ağ Evin mətbuat katibi Sean Spicer bazar ertəsi gündəlik brifinqdə bildirib:

"Doğrudur ki, Prezident Obama General Flynn-in fanatı olmadağını aşkar şəkildə bildirib".

Lakin cənab Spicer əlavə edib, "nəzərə alaq ki, General Flinn prezident Obama üçün çalışıb [və] prezident Obamanın nöqsanlarının, konkret olaraq özünü İslam Dövləti adlandıran qruplaşmaya və Amerika ətrafındakı digər təhlükələrə qarşı mübarizə strategiyasının olmamasının açıq tənqidçisi olub".

Obama administrasiyası Flynn-i Müdafiə Kəşfiyyatı Agentliyinin rəhbəri vəzifəsindən 2014-cü ildə bacarıqsız rəhbərlik və temperamenti məsələlərini əsas gətirərək çıxarıb.

Cənab Spicer keçmiş prezidentin cənab Flynn-ə etirazlarını da sorğulayıb:

"Əgər cənab Obama həqiqətən General Flynn-dən narahat idisə, niyə onun bir neçə ay əvvəl təsdiqlənmiş təhlükəsizlik rəsmiləşdirilməsini dayandırmayıb?"

Fotonun müəllifi Reuters
Image caption Ədliyyə Departamentinin 27 illik prokuroru yanvar ayında Donald Trump tərəfindən işdən çıxarılıb

Bu məsələ keçmiş baş prokuror vəzifəsini icra edən Sally Yates cənab Kislyak ilə cənab Flynn-in əlaqələri barədə konqres paneli qarşısında ilk dəfə açıq ifadə verdikdən sonra aydınlığa qovuşub.

Ədliyyə Departamentinin 27 illik prokuroru yanvar ayında Donald Trump tərəfindən administrasiyanın səyahət qadağasını qüvvədə saxlamaqdan imtina etdiyinə görə işindən çıxarılıb.

Xanım Yates Senatın Hüquqi alt komitəsinə bildirib ki, o, yanvarın 26-da şəxsi görüş zamanı Ağ Evin müşaviri Don Mcgahn-a cənab Flynn barədə xəbərdarlıq edib.

Xanım Yates bildirib ki, cənab Flynn ABŞ vitse-prezidentinə "yalan" deyib və Ruslar bunu bilirdi.

Flynn-lə bağlı nə baş verib?

  • 2014-cü ilin apreli - Obama administrasiyası Flynn-i Müdafiə Kəşfiyyatı Agentliyinin rəhbəri vəzifəsindən azad edib
  • 2015-ci ilin dekabrı - Pullu spiker kimi Moskvada şam yeməyində iştirak edib
  • 2016-cı ilin fevralı - Trump kampaniyasında işləməyə başlayıb
  • 2016-cı il noyabrın 10-u - Obama Flynn-i işə cəlb etməmək üçün Trump-a xəbərdarlıq edib
  • 2016-cı il noyabrın 18-i - Milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə iş təklifini qəbul edib
  • 2016-cı ilin dekabrı - Rusiya səfiri ilə danışıb
  • 2017-ci il 26/27 yanvar - Baş prokurorun müavini vəzifəsini icra edən Ağ Evə Flynn-in səfir ilə danışması barədə xəbərdarlıq edib
  • 2017-ci il fevralın 8-i - Səfirlə sanksiyaları müzakirə etdiyini rədd edib
  • 2017-ci il fevralın 13-ü - Milli təhlükəsizlik üzrə müşavir vəzifəsindən istefa verib

Michael Flynn-in Rusiya ilə əlaqələri Federal Təhqiqatlar Bürosu və Senat və Nümayəndələr Palatasının Kəşfiyyat Komitələri tərəfindən Moskvanın ötən ilin noyabrında baş tutan ABŞ prezident seçkilərinin Donald Trump-ın xeyrinə sonlanması üçün müdaxilə etməsi iddiaları ilə bağlı daha geniş araşdırmanın tərkib hissəsi kimi araşdırılır.

Bu barədə daha geniş