Fotojurnalist Meridith Kohut-un Latın Amerika xronikaları

Meridith Kohut Venesuelanın Karakas şəhərində yaşayır və 2007-ci ildən Latın Amerikasında həyatı sənədləşdirir.

Meredith 2017-ci ildə Getty Images şirkəti və Chris Hondros fondu tərəfindən təsis olunmuş mükafata layiq görülüb.

Bu, ona yerli həyatın mühüm və narahatedici tərəflərinin sənədləşdirilməsini davam etdirməyə imlkan verəcək.

Mükafat 2011-ci il aprelin 20-də Liviyanın Misurata şəhərində qətlə yetirilmiş fotojurnalist Chris Hondros-un xatirəsini əbədiləşdirmək məqsədi ilə təsis edilib.

"Chris fotojurnalistlər arasında bir əfsanəyə çevrilib. O, dünyada baş verən bir çox münaqişələri işıqlandırmaqla yanaşı, lentə aldığı insanlara münasibətdə də alicənablıq və rəhmlilik nümayiş etdirib", - Kohut deyir.

Kohut-un fotolayihələri Latın Amerikasında baş vermiş hadisələrdən bəhs edir - Hugo Chavez-in sosialist inqilabının yüksəlişi və tənəzzülündən tutmuş Salvadorun məhbuslarla dolu həbsxanalarınadək.

Fotojurnalistin seçmə işləri aşağıda göstərilib:

Fotonun müəllifi Meridith Kohut

Omar Mendoza Venesuelanın Barquisimeto şəhərində El Pampero psixiatriya tibbi müəssisəsinin xəstəsidir. O, zəifləmədən əziyyət çəkir.

Коhut, New York Times qəzetinin Venesuelada müxbiri işlədiyi dövrdə Omar kimi şizofreniyadan əziyyət çəkən pasiyentlərin dərman əldə edə bilmədiklərini aşkar edib. Xəstəxanada da onlara dərman çox az miqdarda verilir.

Fotonun müəllifi Meridith Kohut/Bloomberg via Getty Images

Nadia Rodriguez Venesuelanın Cana de Azucar şəhərinin Maracay adlanan məhəlləsində yaşayır.

2016-ci ildə çəkilmiş bu fotoda o, evini şam ilə işıqlandırır, çünki dövlət, eletrik enerjisinə qənaət edərək evlərin işığını kəsir. Quraqlıq və ehtiyatların səmərəsiz istifadəsi səbəbindən hidroelektrostansiyalarda kifayət həcmdə enerji hasil olunmayıb.

Fotonun müəllifi Meridith Kohut/Bloomberg via Getty Images

Graterol bacıları - Natali, Niurka və Edith - dəmir lövhələrindən qurulmuş yataqda oturublar. Foto onların Avila dağında yerləşən evində çəkilib - Culebrilla, Venesuela.

Fotonun müəllifi Meridith Kohut

Коhut öz işlərində ölkədə yoxsulluq və ərzaq qıtlığı nəticəsində güclənən etiraz aksiyalarını əks etdirib.

Keçmiş prezident Hugo Chavez və ölkənin hazırkı rəhbəri Nicolas Maduro tərəfdarları ilə onların əleyhdarları arasında toqquşmalar ölkədə gərginliyin artmasına səbəb olub.

Etiraz aksiyalarının iştirakçıları bu şəkildə polisə yanacaq doldurulmuş şüşə və daş atırlar.

Polis isə buna cavab olaraq, gözyaşardıcı qazdan istifadə edir.

Fotonun müəllifi Meridith Kohut/Bloomberg via Getty Images

Venesuelanın Puerto Cabello limanında oğlanlar suya tullanmağa hazırlaşır.

Hökümət tərəfindən ayrılan subsidiyalar hesabına Braziliya şirkəti Venesuelanın bu limanına ət gətirir.

Bu foto ilə bərabər dərc olunmuş məqalədə deyilir ki, etiraz və iğtişaşların ehtimalı yüksək olan rayonlarda hökümət, mağazaları tez-tez ətlə təmin edir.

Fotonun müəllifi Meridith Kohut

Bu foto, əraizisində vəba epidemiyası başlamış Haitinin cənubunda çəkilib. Həmin dövrə Matthew qasırğasının da təsadüf etməsi vəziyyəti çətinləşdirib.

Fotonun müəllifi Meridith Kohut/Bloomberg via Getty Images

Perunun La Oroya şəhərində iki qardaş səhər yeməyi yeyir. Bu ərazinin ekoloji fəlakət zonasında yerləşdiyi deyilir.

Коhut, çəkdiyi fotolar vasitəsilə Peru hökümətinin Renco Group Inc dağ-mədən şirkətilə çəkişməsindən bəhs edir.

Bu şirkət yerli əhalinin və ilk növbədə uşaqların sağlamlığına mənfi təsir göstərən qurğuşun tullantılarının böyük həcminə görə tənqid edilir.

Fotonun müəllifi Meridith Kohut/Bloomberg via Getty Images

Ekvadorun Pedernales bölgəsində 2016-cı il aprelin 16-da 7,8 bal gücündə zəlzələ baş verib.

Balaca qız yelləncəkdən dağıntıları seyr edir. Bu təbii fəlakət nəticəsində azı 272 adam həlak olub, çox sayda insan yaralanıb.

Bütün fotolara müəlliflik hüququ Meridith Kohut-a məxsusdur.

Əlaqəli mövzular

Bu barədə daha geniş