Eurovision: Rusiyanın yoxluğu Ukraynanın məclisinə necə təsir göstərəcək?

Alovla oynamaq? Gürcüstanı təmsil edən müğənni, çərşənbə axşamı baş tutacaq ilk yarımfinalda Eurovision-un bütün pirotexnik vasitələrindən yararlanacaq Fotonun müəllifi Getty Images
Image caption Alovla oynamaq? Gürcüstanı təmsil edən müğənni, çərşənbə axşamı baş tutacaq ilk yarımfinalda Eurovision-un bütün pirotexnik vasitələrindən yararlanacaq

42 ölkədən olan ifaçılar, Ukrayna parlamenti yaxınlığında bu ilki Eurovision Mahnı Müsabiqəsinin açılışında iştirak ediblər.

Amma, bir ölkə çatışmır - Rusiya.

Eurovision tarixində ilk dəfə olaraq, ev sahibi ölkə başqa bir ölkənin ifaçısına qadağa qoyub.

Buna səbəb isə 2015-ci ildə rusiyalı Yuliya Samoilova-ın Ukrayna sərhəd qaydalarını pozaraq Krımda (2014-cü ildə Rusiyaya birləşdirilən Ukrayna yarımadası) çıxış etməsi olub.

Samoilova sinir-əzələ pozğunluğundan əziyyət çəkir və uşaqlıqdan bəri əlil arabasındadır.

"Getməməyim ilə bağlı söz-söhbətlər gəzməyə başladıqda, çox pis olmuşdum," o, Moskvada BBC-ə deyib.

"Necə ola bilər deyə fikirləşdim? Bu mənim arzum idi. Son qərar verildikdə, inana bilmirdim. Çox təəssüf ki, bu reallıqdır".

"Düşünürəm ki, bu axmaq bir reaksiyadır," rusiyalı millət vəkili Vitali Milonov mənə dedi.

"Onlar, bu balaca qızın Kiyevə girməsindən belə qorxurlar."

Ukraynadan qadağa xəbəri gəlməmişdən qabaq cənab Milonov, Rusiyanı Eurovision-u boykot etməyə çağırmışdı: "Eurovision solçu partiyaların saqqallı qadınları və ya anti-Xristian mövqeli kişiləri ilə iyrənc bir sosialist kabusa çevrilib."

"Əminəm ki, dünyanın əksər mühafizəkarları bu festivala qoşulmayacaqlar. Çünki, bu, Sodom və Gomore festivalıdır."

Fotonun müəllifi Getty Images
Image caption Müsabiqənin bu ilki mövzusu "Müxtəlifliyi qeyd et" Rusiyaya görə reallaşmayıb

Festivalın məramı sülh və dostluq olsa da, Kiyev ilə Moskva arasında bunların heç biri sezilmir.

Şərqi Ukraynada üç ildir ki, sürən müharibədə 10 mindən çox insan ölüb. Rusiya bu müharibəyə birbaşa müdaxilə edir.

Belə ki, onlar separatçı üsyançılara hərbi dəstək verirlər. Krım hələ də gərginlik mənbəyi olaraq qalmaqdadır və Eurovision ən son döyüş meydanına çevrilib.

"2014-cü ildən bəri Ukraynada, sərhədlərimizi Krıma baş çəkməklə qeyri-qanuni yolla pozanlara qarşı qanun mövcuddur," ukraynalı millət vəkili Olha Çervakova deyir.

"Rusiya bundan agah idimi? Əlbəttə ki. Rusiya Yuliya Samoilova-ya da bu qanun tətbiq olunacağını bilirdimi? Heç şübhəsiz. Bir sözlə, müsabiqəyə daxil olaraq böyük siyasi qalmaqal yaratmağı da onlar, əvvəlcədən planlamışdılar".

Qadağa Eurovision təşkilatçıları və Avropa Yayım Birliyi (AYB) üçün baş ağrısına çevrildi.

Eurovision icraçı rəhbəri Jon Ola martda bildirmişdi ki, Ukraynanın qərarı "həm müsabiqə, həm də onu təşkil edən dəyərlərə" ziddir.

AYB isə görünməmiş bir təklif irəli sürdü - Rusiya Moskvadan peyk vasitəsilə müsabiqəyə qoşulsun.

Rusiya isə təklifi rədd etdi: keçən ilki Eurovision-da yaşnanlardan sonra, Moskva güzəştə getmək əhvalında deyildi.

Ukrayna Eurovision-u siyasi oyununun bir hissəsinə çeviribmi?

Ukraynanın 2016-cı ildə qalib gələn və Cəmalə tərəfindən ifa olunan 1944 adlı mahnısı, İosif Stalinin tatarları Krımdan sürgün etməsi ilə bağlı idi.

Rusiya iddia edirdi ki, Cəmalənin mahnısı ilə Ukrayna, müsabiqənin qaydalarını pozur.

Qələbədən sonra Moskva bunu qəbul etməmiş və siyasi oyunun bir hissəsi adlandırmışdı.

İndi isə görünən odur ki, Rusiya nəinki Ukraynanı, hətta Eurovision Mahnı Müsabiqəsini pis göstərmək istəyir.

Fotonun müəllifi Reuters
Image caption Yadlar gələndə evinə girir, səni öldürür və deyirlər ki, 'biz günahkar deyilik' Cəmalə, 1944

Bu yaxınlar iki rusiyalı məzhəkəçilər - Ukraynanın baş naziri və onun köməkçisi qismində - internetdə telefon danışığını yayıblar. Onlar iddia edirlər ki, danışan AYB-n baş direktoru Ingrid Deltenre-dir.

Əgər bu, həqiqətən də AYB-n ən yüksək rütbəli rəsmisinin səsidirsə, AYB utanc dolu bir işə əl atıb.

Çünki, səsyazmada qadın, Ukraynanın qalib mahnısı ilə bağlı belə bir fikir bildirir: "Mənə mahnı haqqında çox gec məlumat verildi."

"Əgər tez bilsəydim, şəffaflıq naminə mahnının iştirakına icazə verməzdim."

AYB açıqlamasında "məzhəkəçi zənglərə şərh verməyəcəyini" bildirib.

Lakin, bu rusiyalı məzhəkəçilər, bir dəfə Elton John-u də əla salıblar. O, Rusiya prezidenti Vladimir Putin ilə danışdığına inanırdı.

"İndi bizim insanlar Eurovision-a inanmırlar," məzhəkəçilərdən biri Aleksey mənə dedi.

"İnsanlar başa düşürlər ki, istənilən ölkə qalib gəlmək üçün siyasi məqsədlərini işə sala bilər, buna görə də artıq heç kim müsabiqəni ədalətli hesab etmir."

Çox güman ki, bu, mahnı müsabiqəsinə aid deyil. Yoxsa Rusiya ilə Ukraynanın münasibətindən söhbət gedir?

Fotonun müəllifi Getty Images
Image caption Bu ilki Eurovision-da təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq. Bəziləri qorxur ki, Rusiyanın varlığı necəsə hiss olunacaq

Eurovision-u Sodom və Gomore ilə eyniləşdirib, AYB-ni utanc verici hala salaraq Rusiya, Qərb təsisatları və Qərbin liberal ideyalarını sarsıtmağa çalışır.

"Rusiya özünü Qərbə qarşı sosial və ictimai model kimi qələmə verir," Berlində yerləşən Amerika Akademiyasından Richard Holbrooke Forumunun üzvü Jan Techau inanır.

"Kreml Rusiya cəmiyyətini, korrupsiyaya bulaşmış Qərbin əks modeli kimi təsvir edir. Görünür ki, artıq onlar, Qərb üçün zərərli olan şeyin Rusiya üçün yaxşı olduğuna inanırlar: klassik sıfır-cəm oyunu."

Bu ilki müsabiqəyə hazırlıqları zamanı müğənni Cəmalə bildirmişdi ki, "biz [Rusiya tərəfindən] daha çox təxribata hazır olmalıyıq, çünki, bizim qələbəmiz onlara çox pis təsir edib."

İlk yarımfinal ərəfəsində Kiyevdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Yuliya Samoilova isə bu həftə Eurovision-da çıxış etmək əvəzinə, Krımda - bir daha - ifa edəcək. Moskvadan Kiyev və Avropaya başqa bir siyasi mesaj.

Yuliya Samoilova kimdir?

Fotonun müəllifi AFP
  • Rusiyanın Uxta şəhərində 1989-cu ilin aprel ayında doğulan Yuliya Samoilova, sinir-əzələ pozğunluğundan əziyyət çəkir
  • O, uşaqlıqdan bəri əlil arabasındadır
  • O, 2013-cü il Rusiyanın X Factor yarışının finalçısı olub və 2014-cü ildə Soçi Qış Paralimpiya yarışlarının açılış mərasimində çıxış edib

Bu barədə daha geniş