Şirniyyata dəvət olunmadığından qəzəblənən ayı

Ayı Fotonun müəllifi BOB BELFIORE

ABŞ-da ürəyinə brauni düşən bir ayı şirniyyatı dadmaq üçün arxa şüşəbənddən evə daxil olmağa cəhd edib.

Hadisə Conencticut ştatındakı Avon şəhərində baş verib.

Dəvətsiz qonaq şüşəbəndin ön qapısını yerindən sökməyə müvəffəq olsa da, arxadakı əsas qapını sındıra bilməyib.

Evə gələrək hadisəni fotokamerasına çəkən qonşu yaşadıqlarını "vahiməli təcrübə" kimi dəyərləndirib.

Bill Belfiore-un sözlərinə görə, onun ayını qorxutmaq cəhdləri nəticə vermirdi: "Şuşəbəndin üstündə ayı sevimli görünsə də o, yeməyə yaxın düşə bilmədiyinə görə acıqlı idi".

Bill Belfiore fövqəladə xidmətlərin əməkdaşlarına bildirib: "Burada evə daxil olmağa cəhd edən ayı var. O, səs, qışqırma, bağırma və əl çalmağa məhəl qoymur".

Şüşəbənddən içəriyə girmək cəhdləri nəticə verməyəndən sonra inadkar ayı içəriyə başqa yol axtarmağa başlayıb.

Fotonun müəllifi BOB BELFIORE

Polis gələnədək heyvan marağını itirib və hadisə yerini tərk edib.

Connecticut ştatının Energetika və Təbiəti Mühafizə Departamenti yerli sakinləri qara ayılarla "üz-üzə gəlmə və potensial qarşıdurma"nın yaranma risklərini azaltmağa səsləyir.

Rəsmilərin dediyinə görə, ştatdakı ayıların sayı artmaqdadır və heyvanlar yaz mövsumunda daha fəal olur.

"Ayıların qayğısına qalmaq istəyirsinizsə, onlara heç vaxt bilərəkdən yemək verməyin", - departamentin nümayəndəsi deyib.

Susan Whalen-in dediyinə görə insana qarşı qorxu hissini itirən ayılar daha "bezdirici" heyvana çevrilə bilər.

Bu barədə daha geniş